Məhkəmə qərarları › İş №3(044)-539/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-539/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-539/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X1 Şöbəsindən daxil olmuş Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə materiallara açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC tərəfindən 25.01.2021-ci il tarixdə qəbul edilmiş sorguya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bu günə qədər məlumat təqdim etməmişdir. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 31.05.2021-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış Şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd edilən Məcəllənin 64.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. Məhkəmə ŞəxsASC-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürlü hesab etməyərk, onun iştirakını məcburi hesab etmədiyindən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlərlə Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05.10.2021-ci il tarixli Şəxs ASC-yə ünvanlanmış Azərbaycan Respublikası DİN-nin DYP-nin bildirşindən görünür ki, 25.01.2021-ci il tarixində saat 10:26-da Şəxs ASC-nin mülkiyyətində (istifadəsində) olan Toyota Camry minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Gəncə şəhəri, Atatürk prospektində durma qaydaları, həmin avtomobilin sürücüsü tərəfindən 02.01.2021-ci ildə sola və ya geriyə dönmə qaydaları, yenə də həmin avtomobili n sürücüsü tərəfindən 26.02.2021-ci ildə sola və ya geriyə dönmə qaydaları, 30.04.2021-ci ildə svetoforun və ya nizamlayıcının qadağanecidi işarəsi verilərkən hərəkətin davam etdirilməsi kimi inzibati xətalar törədilmiş, inzibati xətaların törədilməsi zamanı nəqliyyat vasitəni idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuş və qeyd edilmişdir ki, sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Qeyd edilən bildiriş Şəxs ASC-yə göndərilmiş və «Poçt göndərişinin verilməsi haqqında» xəbərnamədən müəyyən olunur ki, həmin idarə tərəfindən 12.02.2021-ci il tarixdə bildiriş qəbul edilmişdir. Məhkəmənin qərardaları ilə məhkəmənin icraatında olan 3(044)-542/2021, 3(044)-546/2021 və 3(044)- 537/2021 nömrəli işlər hazırki işə birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər 300 (üç yüz) manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar