Məhkəmə qərarları › İş №3(044)-549/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-549/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-549/2021 21.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, ev 73-də qeydiyyatda olan, Gəncə şəhəri, Ozan küçəsi, dalan 3, ev 7-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Ona görə də, Şəxs İXMin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən 21 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 izahat verərək bildirdi ki, daxil olmuş məlumat əsasında 19 iyun 2021-ci il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələr qəbul etmiş və qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olmuş Şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış psixotrop maddə metanfetamin aşkar edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 19.06.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Gəncə şəhəri, Ozan küçəsində yerləşən 23 saylı məktəbin yaxınlığında iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini təqdim edib onu Gəncə şəhəri Baş Polis İdarəsinə aparmışlar, üzərinə baxış keçirilən zaman cibindən olan falqaya bükülmüş narkotik vasitə sayılan mütamfetamin aşkar olunmuşdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.06.2021-ci il tarixli 16/579 nömrəli ekspert rəyindən görünür ki, Şəxs oğlunun üzərində 1 ədəd “gümüş rəngli kağızbükümdə təmiz çəkisi 0,085 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, şübhəli şəxs Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş Şəxs oölunun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq saxlaması, gəzdirməsi, daşıması və satması halları müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması cinayət hadisəsinin olmaması əsasına görə rədd edilməsi, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə Gəncə şəhər Nizami rayon Pİ-nin X2 göndırilməsi, vətəndaş Şəxs əməlində cinayət əməlinin tərkib əlamətləri olmadığından onun şübhəli şəxs qismində statusuna xitam verilməsi, vətəndaş Şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş təmiz çəkisi 0,085 qram olan bitki məşəli kütlə təşkilində narkotik maddələr olan psixotrop maddə-metamfetaminin material üzrə maddi sübut kimi tanınması və məhv edilməsi üçün Gəncə şəhər BPİ-nin “Maddi sübutların saxlanılması” otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 19 iyun 2021-ci il tarixdə saat 18:25-də şübhəli şəxs qismində tutlmuşdur. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Məclisinin qərarından görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram psixotrop maddə şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən sübut növü hesab edilir. Göründüyü kimi Şəxs üzərindən psixotrop maddə olan metamfetamin maddə aşkar edilmiş, lakin həmin maddəni istifadə yəni, istehlak etmişdir ki, bu da onun əməlində cinayət məsuliyyəti yaratmadığına görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 21.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən, saat 18:25-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar