Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-55/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X8 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİ-nin DYPŞ-nin rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.11.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş maeriallarından görünür ki, X2 ünvan 1 ünvan Daşkəsən şəhərinin inzibati ərazisidir. X2 inzibati xətanı isə Gəncə şəhəri Dədə Qorqud küçəsində metarluq stadionunun yanında törətmişdir, həmin ərazi isə Gəncə şəhəri Kəpəz rayonunun inzibati ərazisidir. Buna görə də X2 Gəncə şəhər BPİ-nin DYPŞ-nin rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə və yaxud özünün yaşayış yeri üzrə Daşkəsən Rayon Məhkəməsinə şikayət verə bilər. Beləliklə qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, X2 şikayəti aidiyyəti üzrə düzgün vermədiyi üçün şikayət geri qaytarılmalı və ona 19.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə və yaxud özünün yaşayış yeri üzrə Daşkəsən Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 19.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə və yaxud özünün yaşayış yeri üzrə Daşkəsən Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilsin. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-55/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-55/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver