Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-557/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sərdliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, X5 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, X5 MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 baş inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş protokola məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 baş inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 31.05.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X5 MMC 25.04.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmi fiziki şəxs barəsində bu günə qədər məlumat təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş X5 MMC-yə ünvanlanmış 25.04.2021-ci il tarixli sorğuda qeyd edilmişdir ki, 25.04.2021-ci il tarixdə, saat 16:06-da həmin Cəmiyyətin mülkiyyətində olan Hyundai Sonata markalı, 20AA620 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, törədilmiş xətaya görə İXM-nin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətinə tələb olunan məlumatın verilməməsinə görə İXM-nin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu bildirilmişdir. Məhkəmə iclasında X5 MMC-nin nümayəndəsi bildirmişdir ki, DYPŞ tərəfindən Cəmiyyətə ünvanlanmış sorğunu 07.05.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş mühafizəçi Mahir Hüseynov 28.04.2021-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmış, zavodun başqa xidmət sahələrində Mahir adlı şəxs işləmir. Zavodda sürücü işləyən X1 Sonata markalı, 20AA620 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman inzibati xəta törətməsi ilə bağlı zavoda isər yazılı, istərsə də şifahi məlumat daxil olmamışdır. Buna görə də sorğuya cavab verilməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq esab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış və işin halları tam araşdırılmamışdır. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 MMC-yə ünvanlanmış sorğunun çatmasını təsdiq edən xəbərnamə mühafizəçi Mahir adlı şəxs tərəfindən 07.05.2021-ci il tarixdə qəbul edilmiş, zavodda isə həmin tarixdə Mahir adlı şəxs işləməmişdir. Belə ki, təqdim edilmiş 28.04.2021-ci il tarixli əmrin surətindən görünür ki, Təhlükəsizlik və Mühafizə Xidmətinin böyük atıcısı X7 öz ərizəsi ilə işdən azad edilmişdir. Belə olan halda isə X5 MMC-nin sorğudan məlumatı olmadığı müəyyən edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan hal araşdırılmamış, X5 MMC-nin sorğunun çatmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 MMC-nin nümayəndəsi inzibati protokolu imzalamamış, onun imza etməkdən imtina etməsi barədə hər hansı qeyd göstərilməmiş, həmçinin inzibati protokol onun iştirakı olmadan tərtib edilərək hüquq və vəzifələri izah edilməmiş və izahatı göstərilməmişdir. Belə olan halda X5 MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-cimaddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.1- ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. - 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. - 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X5 MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 geri qaytarılsın. Sərdlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-557/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-557/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver