Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-566/2022 24.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ictimai yerdə nalayiq sözlər işlədərk ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə DİN 102 xidmətinə zəng olunaraq, ünvan 1 ünvanında ailə məişət zəminində dava olduğu ilə bağlı müraciət olunmuş, şikayət əsasında polis əməkdaşları həmin ünvana getmiş, orada mübahisə edən adı polisə sonradan məlum olan Şəxs ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamış, edilən xəbərdarlıqlara baxmayaraq öz hərəkətlərinə davam etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanına gəlmiş, yemək yeyərkən heç kim onunla yeməmiş, daha sonra arvadı Nahidə onunla kobud rəftar etmişdir. Onun Nahidə ilə aralarında mütamadi davalar olduğu üçün o, spirtli içkilərdən istifadə edir. Həmin gün də o, spirtli içkinin təsirində olduğu üçün Nahidənin kobud hərəkətlərinə əsəbləşib mübahisə etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, o, sərxoş olduğu üçün polisinin qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş, lakin həmin vaxt o, nalayiq ifadələr işlətməmişdir. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Şəxs onun əridir. Amil mütamadi spirtli içkilər qəbul edir və ailədə səbəbsiz mübahisələr edir. Hadisə olan gün xx.xx.2022-ci il tarixdə Amil həmişəki kimi sərxoş vəziyyətdə evə gəlmiş, yenə də səbəbsiz onun ünvanına nalayiq söyüşlər söymüş, əlinə dəmir parçası alaraq evi dağıdacağını bildirmiş, həmin vaxt oğlu Niyaz onu sakitləşdirməyə çalışmış, o, daş parçası götürərək Niyaza atmış həmin daş parçası qızları Aminənin qoluna dəymişdir. Daha sonra Amil benzinlə dolu olan qabı götürərək evə səpmiş, evi yandıracağı ilə onları hədələnmişdir. Eyni zamanda Amil azyaşlı oğlanlarını da spirtli içki içməyə öyrəşdirir Niyaz da həmin gün spirtli içkinin təsirində olmuş və aqresivləşərək atasının hərəkətlərinə dözməmiş və atasını yerə yıxaraq döymüşdür. Olanlardan qorxaraq o, DİN 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gələndə də Amil onların qanuni tələblərinə tabe olmayaraq mübahisə etdiyi üçün sonuncunu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, onun atası ilə anası daim mübahisə edir. Atası mütamadi olaraq spirtli içki qəbul edir. Hadisə olan gün də o, evə sərxoş vəziyyətdə gəlmiş və səbəbsiz anası ilə mübahisə etmişdir. Atası Amil qardaşı Niyaz ilə də mübahisə etmiş, onların arasında əlbəyaxa dava olmuşdur. Daha sonra onların evinə polis əməkdaşları gəlmiş və atası Amili polis idarəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli MN №1369470 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nalayiq söyüşlər söyərək daha sonra polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs polisin qanuni tələblərinə tabe olmaması öz ifadəsi və şahidlərin ifadələri ilə təsdiq olunmuş, lakin onun ucadan nalayiq ifadələr işlətməsi və ətrafdakıların diqqətini özünə cəlb etməsi, ictimai qaydanı pozması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir, onun sadəcə ailəməişət münasibətləri zəminində arvadı ilə mübahisə etdiyi müəyyən olunmuşdur. Şəxs həqiqətən də ucadan nalayiq ifadələr işlətməsi, ətrafdakıların diqqətini çəkərək ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-566/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-566/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver