Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-568/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib edən şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafiq qızının və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1972-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, müəllimə vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Rafiq qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Rafiq qızı 16 aprel 2021-ci il tarixdə saat 17-də Gəncə şəhəri, Vaqif küçəsi, 105 saylı evin qarşısında X3 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və X4 məxsus “Hyundai” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək 150 manat məbləğində ziyan vurmuşdur. Həmin material üzrə Gəncə şəhər Prokurorluğunda Şəxs Rafiq qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmış, Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsində Şəxs Rafiq qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 24.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon polis İdarəsinin İTB-in polis sahə rəisi X9 bildirmişdir ki, X6 16.04.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək,16.04.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər, Vaqif küçəsində əvvəllər tanıdığı X7 ilə aralarında mübahisə yarandığı vaxt, İmranın anası Şəxs onu döyərək fiziki ağrılar yetirməsi barədə məlumat vermiş və barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Rafiq qızının barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami Rayon Polis İdarəsinin İTB-nə göndərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs Rafiq qızı 16 aprel 2021-ci il tarixdə saat 17-də Gəncə şəhəri, Vaqif küçəsi, 105 saylı evin qarşısında X3 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və X4 məxsus “Hyundai” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək 150 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafiq qızı izahat verərək bildirmişdir ki, o, 5 nömrəli tam orta məktəbdə müəllimə vəzifəsində işləyir. X7 onun oğludur. X6 isə oğlu İmranın tanışıdır. 16.04.2021-ci il tarixdə saat 17 radələrində baldızı qızı Təhminə ilə yaşadığı evdə oturub söhbət edən zaman İmranın nişanlısı Kəmalə həyəcanlı vəziyyətdə ağlaya-ağlaya evə daxil olaraq küçədə tanımadığı bir qadının İmranla mübahisə etdiyini , İmranı nalayiq sözlərlə təhqir etdiyini demişdir. O, dərhal Təhminə ilə birlikdə küçəyə qaçmışdır. Həmin vaxt o, İmranla münaqişə yaradan şəxs- Xalidə Əliyevanın orada olduğunu görmüşdür. Həmin vaxt Xalidə idarə etdiyi “Hyundai” markalı, ** KC *** dövlət nömrə nişanlı avtomaşının qapısını açıb əlində olan telefonu yuxarı qaldırıb ətrafda olan şəxslərə video göstərərək İmranın ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmışdir. O, Xalidəyə yaxınlaşıb onun övladını təhqir etməməsini və çıxıb getməsini xahiş etmişdir. Lakin Xalidə əl-qolunu havaya qaldırıb qışqırmış, o, Xalidənin ona əl-qol uzatdığını görüb onun qolundan tutub aşağı salmış və əlini aşağı salmasını demişdir. O, Xalidənin sakitləşmədiyini və oradan çıxıb getmək istəmədiyini görmüş və əsəbləşərək Xalidənin oradan getməsi üçün avtomobilinin arxa sol hissəsini ayağı ilə vurmuşdur. Daha sonra isə Xalidə Əliyeva ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, Xalidəni vurmuşdur. Hal-hazırda X6 ilə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, heç bir yerdə rəsmi olaraq işləmir, evdar qadındır. 2018-ci ildən X7 ilə qeyri-rəsmi olmaqla ər-arvad kimi yaşayırlar. 16.04.2021-ci il tarixdə saat 17 radələrində X1 şəhər, Vaqif küçəsində aralarında mübahisə yaranmışdır. Bu zaman İmranın anası Şəxs gəlib əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrılar yetirmişdir. Eyni zamanda Şəxs ona məxsus “Hyundai” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol qanadına vuraraq ona 150 manat məbləğində ziyan yetirmişdir. Hazırda Şəxs Rafiq qızı ona dəymiş ziyanı tam şəkildə ödəmişdir və onlar barışmışlar. Şəxs Rafiq qızına qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs Rafiq qızının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş 24.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Rafiq qızı 16.04.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər, Vaqif küçəsi, ev 105-in qarşısında X3 vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirdiyinə və X4 məxsus “Hyundai” markalı, ** KC *** dövlət qeydiyyat nişanl avtomobilə ziyan vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin inzibati xəta haqqında işin materiallarından görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və Gəncə şəhəri MTE PA-nın 20 aprel 2021-ci il tarixli, 350 saylı rəyinə əsasən X2 bədəni üzərində müəyyən edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Şəxs Rafiq qızı 16 aprel 2021-ci il tarixdə saat 17-də Gəncə şəhəri, Vaqif küçəsi, 105 saylı evin qarşısında X3 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və X4 məxsus “Hyundai” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək 150 manat məbləğində ziyan vurmuşdur. Şəxs Rafiq qızının törətdiyi əmələ görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair düzgün olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafiq qızı ilə barışmışdır, Şəxs Rafiq qızı ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur və Şəxs Rafiq qızının barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Rafiq qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 40, 48-53, 75, 112, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Rafiq qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2 və 53.1.9-cu maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-568/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-568/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver