Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-571/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri DYPŞ polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu, ziyanın tam ödənildiyini bildirərək, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan 12.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 06.02.2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi Hyundai Solaris markalı **-ZE-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə üzü Dəyirman dairəsi adlanan istiqamətdə hərəkətdə olan zaman “X5” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü maddəsi və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yolun sağında dayanmış halda olan VAZ 2106 markalı, **-EX-*** dövlət nömrə nişanlı, VAZ 21074 markali, **-KP-*** dövlət nömrə nişanlı və iki ədəd moped markalı nəqliyyat vasitələrinə çıromış və nəticədə VAZ 2106 markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobillə olan X1 ayağın bayır topuq nahiyyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmağa aid olan xəsarət yetirərək Şəxs yol nəqliyyat hadisəsi törədib hadisə yerindən uzaqlaşaraq yayınmaqla Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsinin 15.03.2021-ci il tarixli № 211 saylı rəyində qeyd edilmişdir ki, 1976-cı il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağdakı nəticəyə gəlinmişdir. E.Y.Əzizinin bədənində aşkar edilmiş xəsarətlər sol ayağın bayır topuq nahiyyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 06.02.2021-ci il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlanlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 12.04.2021-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol 04.06.2021-ci il tarixdə tərtib olunmuş və 25.06.2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, hazırda isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbuldiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində 04.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-571/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-571/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver