Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-574/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası X22 Gəncə X10 nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X22 Gəncə X10 böyük mütəxəssisi X14 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 X22 Gəncə X10 böyük mütəxəssisi X14 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 X25 X10 böyük mütəxəssisi X14 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı Hotel”də mövcud olan bütün otaqlar, o cümlədən binanın girişi, koridorları daima dezinfeksiya olunmuş, bütün girişlərdə və otaqlarda dezinfeksiyaedici spirt məhlulları qoyulmuşdur. Dəfələrlə hoteldə yoxlama aparılmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. 16 fevral 2021-ci il tarixdə növbəti yoxlama zamanı 325 saylı otaqda dezinfeksiyaedici spirt aşkar edilmədiyi bildirilmişdir. Otağa baxış keçirilən tarixdə otaq boş olmuş və həmin otaqda qonaq qalmırdı. Hoteldə hər bir qonağa otaq ayrılan zaman yenidən otaq nəzərdən keçirilir. Həmin otaq heç kəs tərəfindən tutulmadığından və bron edilmədiyindən həmin gün otağa baxış keçirilməmişdir. Həmçinin otaq yenicə tam formada təmizlənmişdir, lakin hotelin rəhbəri olaraq onun tərəfindən otağa baxış keçirilməmişdir. Həmçinin qeyd olunan qərar hotelə 08 may 2021-ci il tarixdə göndərilsə də, X7 18 may 2021-ci il tarixədək məzuniyyətdə olduğundan həmin qərarı 18 may 2021-ci il tarixdə əldə etmişdir. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi yoxdur. Ona görə də X22 Gəncə X10 böyük mütəxəssisi X14 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 müdafiəçisi Vəkil şikayət ərizəsində göstərilənlərə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X22 Gəncə X10 böyük mütəxəssisi X21 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 avqust 2020-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının tələblərinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən “ünvan 2 otaqda dezinfeksiyaedici spirt aşkar edilmədiyi üçün dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı müəyyən edilmiş qaydaları pozduğuna görə hotelin rəhbəri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci madəsi ilə təqsirli bilinərək barəsində 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, “Bakı Hotel”də 16.02.2021-ci il tarixdə aparılan monitorinq zamanı mehmanxananın icraçı direktoru X6 müştərilər üçün satışa hazır olan hər hansı otağı monitorinq aparılması üçün təqdim etməsi təklif olunmuşdur. Ülviyyə Süleymanova mehmanxanada 325 saylı otağın satışa hazır olduğunu bildirərək, aparılan monitorinqlə əlaqədar həmin otağa baxmağı təklif etmişdir. Onlar Ülviyyə Süleymanovanın, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal gigiyena bölməsinin həkimi X18 iştirakı ilə satışa hazır olan həmin otağa baxmışlar. Otağa baxış keçirilərkən otaqda hər hansı dezinfeksiyaedici spirtin olması aşkar edilməmiş və dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı müəyyən edilmiş qaydaların pozulduğu müəyyən edilmişdir. Buna görə də, “Bakı Hotel”də X7 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xətası törədildiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol Ülviyyə Süleymanova tərəfindən şəxsən imzalanmış, həmçinin Ülviyyə Süleymanova həmin protokolda bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, Ülviyyə Süleymanova tərəfindən verilmiş şikayət əsassızdır, belə ki, həmin inzibati xətanın onun tərəfindən törədildiyini Ülviyyə Süleymanova özü də həmin vaxt etiraf etmiş, həmin hallara yol verməyəcəyini protokolda da qeyd etmiş. Göstərdiklərinə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında X22 Gəncə X10 nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əməl olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 avqust 2020-ci il tarixli, 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının Monitorinqi formasına əsasən hoteldə monitorinq aparılmış və X4 təqsiri sübuta yetirilmişdir. X1 əgər həmin protokolla razı deyildisə, protokolda təqsirini etiraf edərək bir daha belə hallara yol verilməyəcəyini bildirməzdi. Bundan başqa, Ülviyyə Süleymanovanın şikayətinin dəlilləri ilə əlaqədar onu da qeyd edir ki, şikayət onunla əsaslandırılmışdır ki, monitorinq zamanı həmin otaq heç kəs tərəfindən tutulmamış, həmçinin otaq yenicə tam formada təmizlənmiş, lakin hotelin rəhbəri olaraq onun tərəfindən otağa baxış keçirilməmişdir. Əgər həqiqətən də şikayətdə bildirildiyi kimi olsa idi, monitorinq zamanı onlar həmin otağı təqdim etməzdilər. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal gigiyena bölməsinin həkimi X23 bildirmişdir ki, 16 fevral 2021-ci il tarixdə X22 X20 Mərkəzi “Bakı Hotel”də monitorinq keçirilən zaman onu da dəvət etmişlər. X22 Gəncə X10 böyük mütəxəssisi X8 rəhbərliyinə satışa hazır olan hər hansı otağı göstərmələrini xahiş etmişdir. Ülviyyə Süleymanova tərəfindən baxış üçün 325 saylı otaq təqdim edilmişdir. Otağa baxış keçirilən zaman otaqda dezinfeksiyaedici məhlul aşkar edilməmişdir. Buna görə də X21 “Bakı Hotel”in icraçı direktoru X4 barəsində 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və X7 həmin protokolla razılaşaraq onu imzalamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidin izahatını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 avqust 2020-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının 2.1-ci bəndinə əsasən yerləşdirmə xidməti göstərən mehmanxanalar fəaliyyətlərini təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən mehmanxanada şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin, habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir. Həmin Qaydaların 13.1-ci bəninə əsasən bu Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Azərbaycan Respublikasının X22 tərəfindən həyata keçirilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır. X22 Gəncə X10 böyük mütəxəssisi X3 Ülviyyə Bəndər qızının barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində tədqiq edilmiş sübutlar, tərəflərin və şahidin izahatları, işin materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 16 fevral 2021-ci il tarixdə icraçı direktor vəzifəsində işlədiyi “Bakı Hotel”də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 avqust 2020-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının, həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq (müştəriyə təqdim edilməsi üçün hazır olan otaqda dezinfeksiyaedici vasitə olmamışdır) epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması inzibati xətasını törətmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş X22 Gəncə X10 böyük mütəxəssisi X14 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X4 barəsində tərtib edilmiş X22 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4, onun barəsində X17 25 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-574/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-574/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver