Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-577/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ HakimŞirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, S.Ə.Şirvani küçəsi, 2-ci döngə, ev 4-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxx 2020-ci iltarixdə saat 13:00 radələrindəsürücü Şəxs ayıq vəziyyətdə sürücülük hüququ olmaqla, idarə etdiyi “BMW” minik markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhər N.Nərimanov prospektinin yaxınlığında olan C.Rəfibəyli küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Nicat” marketin yaxınlığında avtomobillə hərəkətdə olan zaman iki yol ayırıcında velosipedçi 2007-ci il təvəllüdlü X1 yüngül xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, “BMW” minik markalı **-GO-*** dövlət qeydiyyat nişanlıavtomobilona məxsusdur, sürücülük hüququ vardır. xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində avtomobili ilə N.Nərimanov prospekti ilə Ə.Əliyev küçəsini birləşdirən ara C.Rəfibəyli küçəsi ilə hərəkətdə olan zaman Bakıxanov küçəsindən təxminən 14-15 yaşlarında olan iki nəfər velosipedlə yarışaraq onun sol tərəfindən yola çıxmışlar. Həmin vaxt avtomobilinin surəti təxminən 5-10 km/saat surət olardı. Avtomobildə tək olmuşdur. Velosipedi idarə edən 14-15 yaşında olan uşağın biri sükanı sağa doğru istiqamətləndirərək çıxıb getmiş, digər uşaq isə idarə etdiyi velosipedin əyləcini bassada idarə etməni itirərək gəlib onun idarə etdiyi avtomobilin qabaq sol şinindən vuraraq toqquşmuş və həmin uşaq onun idarə etdiyi avtomobilin qabaq örtüyünün üzərinə düşmüş sonra oradan da sürüşüb yerə düşmüşdür. Dərhal idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş, uşağa yaxınlaşaraq xəsarət alıb-almamasını soruşan zaman uşaq sağ ayağı ağrıdığını bildirmiş və o, uşağı öz idarə etdiyi avtomobil ilə Gəncə şəhər 3 saylı təcili tibb yardım xəstəxanasına aparmışdır. Daha sonra o, axşam saat təxminən 22-23 radələrində yaşadığı evdə olan zaman bir nəfər polis əməkdaşı gəlib baş vermiş hadisə ilə bağlı onu polis idarəsinə dəvət etmiş və o, həmin polis əməkdaşı ilə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi ilə birlikdə məhkəmə iclasına dəvət edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, zərərçəkmiş şəxs X1 iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, təhqiqat zamanı X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1128 nömrəli rəyinə əsasən X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər ənsə və sağ said nahiyələrinin yumşaq toxumalarının əzniyi, hematoması, hər iki baldır nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasənŞəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi etiraf etməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 61, 73, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-577/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-577/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver