Məhkəmə qərarları › İş №3(044)-580/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-580/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-580/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, X1, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X7 iştirakı ilə X1 Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru X11 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru X11 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokolda göstərilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə “Opel Astra” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, R.Qasımov küçəsində hərəkətdə olarkən “X14” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin tələblərinin pozulmasına görə inzibati xəta törətmiş və buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində və 3 bal cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz tərtib olunmuşdur. Belə ki, Yol Patrul Xidməti avtomobili perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin nömrə nişanları oxumaq imkanına malikdir. Həmin sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Yol Patrul Xidmətinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi sürət həddini aşmış və ya qayda pozuntusu edən nəqliyyat vasitələri barədə məlumatları sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət X15 X6 ötürülür. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 101.1–ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa , onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunur. Lakin bu məsələnin obyektiv araşdırılması aparılmadan Gəncə şəhəri Baş Pİ-nin DYPŞ–nin rəisi, polis polkovnik–leytenantı X12 tərəfindən müvafiq inzibati protokol olmadan, vizual olaraq ******* saylı, xx.xx.2020-ci tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qayda pozuntusu ilə bağlı inzibati xətanı aşkar edən YPX avtomobili və ya əməkdaşın haqqında, müvafiq inzibati protokol və eyni zamanda foto və ya video görüntüsü (cari tarix, saat) kimi təqdim edilən sübutlarda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vaistələrinin köməyi ilə aşkar edilmiş avadanlıq və ya cihazı barədə hər hansı bir məlumatlar ******* saylı, 25 .09.2020-ci il tarixli qərarda qeyd olunmayıb. Əlavə olaraq bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsi DYPŞ-si tərəfindən göndərilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın surətini azərpoçt xidmətindən xx.xx.2020-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanuni olmadığından ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, işıqforda dayandıqdan sonra sol istiqamətdə dönərkən onun sağında olan avtomobilə yol verməmişdir. Ona görə də Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru X11 onu saxladaraq barəsində protokol tərtib etmişdir. O, həqiqətən də yol ayrıcında sol istiqamətdə dönərkən sağ tərəfində olan nəqliyyat vasitəsinə yol verməmişdir, lakin onun həmin nəqliyyat vasitəsinə yol verməməsinin səbəbi həmin nəqliyyat vasitəsinin sürücüsünün gözləyərək özünün ona yol verməsi olmuşdur. Onun barəsində Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru X11 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən o, həmin protokolla razı olmadığını bildirmişdir. Sonradan bilmişdir ki, onun barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında onun məlumatı olmadan xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar barədə ona məlumat verilməmiş və ya qərar ona poçtla göndərilməmiş, bununla da onun həmin qərardan yuxarı səlahiyyətli orqana şikayət vermək hüququ təmin edilməmişdir. Şikayət ərizəsində göstərilənləri və izahatında bildirdiklərini nəzərə alaraq barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X11 bildirmişdir ki, X2 işıqforda dayandıqdan sonra yol ayrıcında sol istiqamətə dönərkən onun sağından gələn nəqliyyat vasitəsinə yol vermədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona poçt vasitəsilə məktub göndərilmişdir, eyni zamanda həmin qərarın surəti də göndərilmişdir. X4 barəsində tərtib edilmiş protokolla bağlı işə baxılması zamanı ona məlumat verilməsi, eyni zamanda barəsində qəbul edilmiş qərarın surətinin ona göndərilməsi barədə poçt qəbzləri və ya digər hər hansı sübutları yoxdur. Məhkəmə şikayəti, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəlləyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xəta haqqında işin hallarından göründüyü kimi, X8 tərəfindən törədilmiş inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olmadığına baxmayaraq, onun barəsində məlumatı olmadan və həmin protokol üzrə araşdırma aparılması barədə məlumat verilmədən xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4cü maddəsində müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın kağız daşıyıcıda surəti səlahiyyətli orqan tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmişdir. Nəticədə isə X5 barəsində tərtib edilmiş inzibati xəta haqqına protokolun yuxarı səlahiyyətli orqana göndərilərək araşdırılması ilə bağlı hüquqları pozulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru işin halları ilə əlaqədar yuxarıda qeyd edilən xüsusatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, həmçinin X1 barəsində protokolun araşdırılması üçün ona məlumat verilməsi, eyni zamanda qəbul edilmiş qərarın göndərilməsi barədə məktubların surətlərini məhkəmədə təqdim etsə də, həmin məktubların həqiqətən də Səbuhi Hüseynova göndərildiyini təsdiq edən hər hansı poçt qəbzlərini və ya həmin məktubların göndərilməsini təsdiq edən hər hansı digər sübutlar təqdim edə bilməmişdir. Beləlikə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X11 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin qərarla bağlı gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X11 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə qaytarılmalı, işə yenidən baxılarkən hazırki qərarda göstərilən tələblərə diqqət yetirilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdiyi mübahisəli hallar araşdırıldıqdan sonra qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X5 barəsində Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X11 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar