Məhkəmə qərarları › İş №3(044)-585/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-585/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-585/2021 12.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, X1 və onun qanuni nümayəndəsi X6 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 və onun qanuni nümayəndəsi X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 və onun qanuni nümayəndəsi X9 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək Nizami RPB-nin rəisi polis polkovnik-leytenantı X11 tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, 11.05.2021-ci il tarixdə saat 16:45 radələrində Gəncə şəhəri Mahrasa bağı ərazisində gəzərkən tibbi maskadan istifadə etməmişdir. Bu zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək, ondan fərdi qoruyucu vasitəsindən hansı səbəbdən istifadə etmədiyini soruşmuşlar. O isə polis əməkdaşlarına meyvə yeməsi ilə əlaqədar olaraq tibbi maskanı şalvarının cibinə qoyduğunu bildirmişdir. Lakin polis əməkdaşları tərəfindən ona açıq havada tibbi maskadan istifadə qaydalarını pozduğuna görə inzibati tənbeh tətbiq edilərək 100 manat cərimə edildiyi bildirilmişdir. O, qanunun tələblərini pozmamışdır və həmin qərarı əsassız hesab edir. Əlavə olaraq bildirmişdir ki, o, yetkinlik yaşına çatmadığından barəsində inzibati icraat valideynlərindən birinin iştirakı ilə aparılmalı oduğu halda buna əməl edilməmişdir. Məhkəmədən Nizami RPB-nin rəisi polis polkovnik-leytenantı X11 tərəfindən qəbul edilmiş 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X3 qanuni nümayəndəsi X9 məhkəmə iclasında şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə məhkəmə iclasına çağrılmış, lakin gəlməmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq, şikayət vermiş şəxsin və inzibati protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o, Epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin qeyd edilən arqumentləri ilə bağlı onu qeyd edir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmiş və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunun tələblərinə zidd deyildir. Həmin xəta qeyd edilən polis əməkdaşı tərəfindən aşkar edilsə də, həmin xətaya dair qərar Polis İdarəsinin rəisi tərəfindən qəbul edilmişdir. Qərarın qanunsuz olmasına gəldikdə isə məhkəmə onu qeyd edir ki, Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 160 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X5 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPB-nin rəisi polis polkovnik-leytenantı X11 tərəfindən tərtib edilmiş 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X5 və onun qanuni nümayəndəsi X6 ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPB-nin rəisi polis polkovnikleytenantı X11 tərəfindən tərtib edilmiş 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X5 və onun qanuni nümayəndəsi X6 ərizəsi (şikayəti) təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPB-nin rəisi polis polkovnik-leytenantı X11 tərəfindən tərtib edilmiş 11 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar