Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-593/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə Apelyasiya Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(104)-3938/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 14872 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(104)-3938/2018 saylı icra sənədinə əsasən 14872 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi tələb edilsə də, o, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə ərizə təqdim edərək, inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-593/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-593/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver