Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-597/2021 27.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri İcra Hakimiyyəti başçısının aparatından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri İcra Hakimiyyəti başçısının aparatı yanında baş məsləhətçisi X3 tərəfindən Şəxs barəsində İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati protokoldan görünür ki, ** BF *** dövlət qeydiyyat nişanlı, VAZ 21099 markalı avtomobilin sürücüsü taksi kimi idarə etdiyi minik avtomobilində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində aparılan yoxlama zamanı qanunvericilikdə nəzərdə tutulmuş tələb olunan sənədləri, “Fərqlənmə nişanı”nı təqdim etməmiş, nəticədə Şəxs İXM-nin 552ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq inzibati protokolu tərtib etmiş X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu, o cümlədən ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Çünki “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanının 66-1-ci hissəsində qeyd edilmişdir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirlik yanında X1 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Gəncə şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilmiş inzibati xətalar haqqında işlərə münasibətdə Gəncə Şəhər İcra Hakimiyyəti adından bu Siyahının 26-4.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarından göründüyü kimi Şəxs Gəncə şəhəri daxilində taksi fəaliyyəti ilə məşğul olduğuna görə saxlanılmış və qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etmədiyi üçün onun barəsində İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol, buna səlahiyyəti olmayan Gəncə şəhəri İcra Hakimiyyətinin aparatı yanında baş məsləhətçisi X3 tərəfindən tərtib edilmişdir. Halbuki yuxarıda qeyd olunan Fərmana əsasən Gəncə şəhəri ərazisində bu növ inzibati xəta haqqında işlər üzrə inzibati xəta haqqında protokol Gəncə Şəhər İcra Hakimiyyəti adından həmin Fərmanda göstərilmiş vəzifəli şəxslər (Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri) tərəfindən tərtib edilməlidir. İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş 22.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Gəncə şəhəri İcra Hakimiyyətinə geri qaytarılsın. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-597/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-597/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver