Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-6/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 mart 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İşə dərhal baxılmalı olduğundan həmin tarixdə saat 15:30-a məhkəmə iclası təyin edilmiş, həmin tarixdə Şəxs ödəniş etməsi üçün məhkəmə iclası təxirə salınaraq 29.03.2021-ci il tarixə saat 16:00-a təyin edilmişdir. Həmin tarixdə Şəxs məhkəməyə teleqram göndərərək, səhhətində problem olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, məhkəmə iclası 13.04.2021-ci il tarixə saat 11:40-a təxirə salınmışdır. Həmin tarixdə borclu məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası 30.04.2021-ci il tarixə saat 12:00-a təxirə salınaraq onun məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Şəxs məhkəmə iclaslarına gəlməmiş, bu səbəbdən də məhkəmə iclası bir neçə dəfə təxirə salınmışdır. Şəxs məhkəmədən qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan edilməli, Şəxs yeri müəyyən edilən kimi dərhal məhkəməyə gətirilməli və həmin vaxtadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmalıdır. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 3(044)-332/2021 saylı qərardadına əsasən iş üzrə icraat dayandırılmış və Şəxs barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə göndərərək, 3(044)-332/2021 saylı işin icraatının təzələnməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, o, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Buna görə də icraatın təzələnməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 3(044)-332/2021 saylı qərardadı ilə iş təzələnmiş, borclu 26 may 2021-ci il tarixə və 25 iyun 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Şəxs məhkəmədən qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan edilməli, Şəxs yeri müəyyən edilən kimi dərhal məhkəməyə gətirilməli və həmin vaxtadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmalıdır. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli 3(044)-332/2021 saylı qərardadına əsasən iş üzrə icraat dayandırılmış və Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xətanın törədildiyi 12 mart 2021-ci il tarixdən 1 ildən artıq müddət keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.04.2022-ci il tarixli, 3(044)-6/2022 saylı qərardadına əsasən iş üzrə icraat təzələnmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni 12.03.2021-ci il tarixindən 1 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 12 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-6/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-6/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver