Məhkəmə qərarları › İş №3(044)-604/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-604/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-604/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə xx xxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, iıləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1191/2021 saylı, 22 fevral 2021-ci il tarixli icra vəqəsinə əsasən X4 və X9 müştərək qaydada cəmi 610 manat məbləğində borc alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. X8 tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də X5 İXM-in 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1191/2021 saylı, 22 fevral 2021-ci il tarixli icra vəqəsinə əsasən X4 və X9 müştərək qaydada cəmi 610 manat məbləğində borc alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. X1 tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Ona görə də X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən X5 inzibati qaydada tənbeh olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 qızı məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1191/2021 saylı, 22 fevral 2021-ci il tarixli icra vəqəsinə əsasən ondan və X9 müştərək qaydada cəmi 610 manat məbləğində borc alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Hal-hazırda borcunu ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır və məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1191/2021 saylı, 22 fevral 2021-ci il tarixli icra vəqəsinə əsasən X4 və X9 müştərək qaydada cəmi 610 manat məbləğində borc alınaraq ona verilməsi qət edilmişdir. X11 borcunu ödəməkdən boyun qaçırmışdır və hal-hazıradək borcunu ödəməmişdir. Məhkəmədən X8 ağır inzibati tənbeh növü təyin edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, X16 qızının barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1191/2021 saylı, 22 fevral 2021-ci il tarixli icra vəqəsinin surətindən görünür ki, X4 və X9 müştərək qaydada cəmi 610 manat məbləğində borc alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 05.04.2021-cu il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.04.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, X16 qızına borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 74552/2021-21-46 saylı Elektron məlumat portalından görünür ki, X5 adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, X5 qızının əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi proses iştirakçılarının izahatları ilə və inzibati xəta haqqında işin materialları tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X14 Rauf qızı Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1191/2021 saylı, 22 fevral 2021-ci il tarixli icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 74552/2021-21-46 saylı Elektron məlumat portalından görünür ki, X5 himayəsində 22.11.2005-ci il və 20.06.2008ci il təvəllüdlü uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X8 təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş inzibati xətanın xarakterini, həmçinin himayəsində on dörd yaşınadək uşağının olmasını, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun inzibati cərimə növündə tənbeh təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar