Məhkəmə qərarları › İş №3(044)-61/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-61/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-61/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edən, Gəncə şəhər prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Gəncə şəhər prokuroru Azad Qarayevin qərarına iş materialları ilə birlikdə baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 21 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar verilərək məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Bakı şəhəri, Nizami rayonu, Zərgər Palan 7-də qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan Zərərçəkmiş şəxs 09.12.2021-ci il tarixdə yaşadığı evin yataq otağının tavanında çılçıraq üçün nəzərdə tutulmuş qarmağa elektrik naqili bərkidib, özünü oradan asaraq intihara cəhd etməsi müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, Bbakı şəhəri, Nizami rayonu, Zərgər Palan 7-də qeydiyyatda olmaqola, ünvan 1-da yaşayan Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd etməsi faktında cinayət hadisəsi sübut olunmadığından, 08.01.2022-ci il tarixdə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Zərərçəkmiş şəxs Şəxs tərəfindən 09 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında zorakı hərəkətlər edilərək, dərəcələri təyin olunmayan xəsarət yetirdiyindən, həmçinin Zərərçəkmiş şəxs “İphone 7+” markalı mobil telefonunu zədələdiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini bildirdi. Hazırda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona olan 607 anat borcunu bağışlayaraq sonuncuya dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirdi və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, anası X6 ilə birlikdə yaşayır. 20 fevral 2021-ci il tarixdə X13 ilə qeyri-rəsmi ailə qurmuşdur, onun əri ilə münasibəti normal olmuşdur.O, xalası oğlu X3 məxsus Gəncə şəhər Mərkəzi Univermağına yaxın “MOON” adlı geyim mağazasında qeyri-rəsmi satıcı işləmişdir. 04 dekabr 2021-ci il tarixdə onun əri Orxanla evdə mübahisəsi düşmüş və Orxan ona Pərvizə onu işdən çıxarmasını deyəcəyini bildirmişdir. O, ərinə Pərvizi onların ailə problemlərinə qatmamasını xahiş etmişdir. Həmin vaxt o, Pərvizə onunla işi olduğu barədə mesaj yazmış, sonra əri ilə aralarındakı mübahisəni yoluna qoymuş, Pərviz onun mesajina nə baş verdiyini yazanda o, nə deyəcəyini bilmədyi üçün, Pərvizə 1 il əvvəl başqa qadınla münasibətinin olduğunu eşitdiyi bildirmişdir. 05 dekabr 2021-ci il tarixdə o, iş yerinə gedəndə Pərviz məsələyə aydınlıq gətirmək istəmiş, nəticədə söhbət uzanaraq ailələr arasında söz-söhbət yaranmışdır. Nəticədə Pərviz əsəbləşərək ona şər atmağa başlamış, öz ailəsinə guya onun Pərvizlə münasibət qurmaq üçün onun adına belə söz çıxartdığını demişdir. Daha sonra bu söhbətə Pərvizin anası Şəxs, xalası qızı X5 qarışaraq, onu şərləməyə çalışmışlar. Daha sonra Pərviz ondan polisə şikayət etmiş, o, bu barədə əri Orxana məlumat verib Orxanla birgə xalası Mehribangilin evinə getmişdir. Xalasıgilə çatanad orada Pərvizin arvadı onun üzünə tüpümüş, bacısı şillə vurmuş onu təhqir edərək ona pozğun demişdir. Söhbətə polis əməkdaşları müdaxilə edərək, onları sakitləşdirməyə çalışmışlar. Daha sonra Orxan onu götürüb oradan çıxmış və onu anasının evinə aparmışdır. Anasının evində o, ona qarşı olan təhqirləri düşünüb dərman içərək özünə qəsd etmək istəmiş, anası və xalası bundan xəbər tututb ona sodalı su içirdib, onu xilas etmişdir. 09 dekabr 2021-ci il tarixdə səhər yuxudan oyanıb bir məktub yazıb, özünü yaşadığı Gəncə şəəri, Nizami rayonu, Vaqif küçəsi, ev 65A-da olan evin yataq otaöında olan çılçıraqdan asmaq üçün nəzərdə tutulmuş tavandakı qarmaqdan evdəki elektrik kabeli ilə asmaq qərarına gəlmiş, məktubda anası və əri iıə vidalaşaraq ona qarşı Pərvizin və onun ailəsinin etdiyi şər və təhqirlərə dözmədiyini buna görə özünə qəsd etdiyini qeyd etmişdir. Məktubu yekunlaşdırmağa az qalmış xalası Mehriban otağa girərək, masanın üzərində olan ona məxsus “İPONE 7+” markalı telefonu yerə vuraraq, sındırmış və onu əli ilə döyməyə və təhqir etməyə başlamışdır. Bu zaman bir evdə yaşadığı xalası Amalyanın oğlu X2 gələrək, xalası Mehribanın onu döyməsinin şahidi olaraq, xalasını sakitləşdirməyə çalışmışdır.Daha sonra xalası oğlu Pərviz və bacısı Aytən gələrək, onu təhqir etməyə başlamışlar və bu zaman xalası Mehriban və Aytən onu yenidən əlləri ilə döymüşlər, Aytən sağ qolunun said nahiyəsindən dişləmiş, sinəsinə dırnağı ilə xəsarət yetirərək, özünü öldürməyini, yaşamamağını demişlər. Onlar çıxıb getdikdən sonra qapını arxadan bağlayaraq, məktubunu tamamlayıb, elektrik kabelini yataq otağının tavanından asaaq, ayağının altına stol və stul qoyaraq, başını asdğı elektrik kabelinə keçirib, özünü aşağı atdıqda, yerə düşdüyünü hiss edərək, huşunu itirmişdir. Daha sonra ayıldıqda başının su olduğunu, ayılmaq üçün anasının üzünə su vuraraq ayıltdığını öyrənmişdir. Daha sonra anası polis və təcili tibbi yardıma zəng edərək, bu barədə məlumat vermişdir. Hazırda Şəxs onun 607 manat borcunu silərək ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödəmiş, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Buna görə də İXM-nin 157 və 232-1-ci maddələri üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edən, Gəncə şəhər prokurorunun köməkçisi X4 zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənildiyi və tərəflər barışdığı üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs dəymiş ziyanı tamamilə ödəyərək Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində İXM-in 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114,115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 21.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar