Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-611/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxslər X5 və X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar ona görə tərtib edilmişdir ki, o 08.07.2021-ci il tarixdə Gəncə şəhəri, Məhrəsə Bağı, bina 9A, mənzil 22-də yaşayan X8 məxsus yaşadığı binanın dəhlizindən dəyəri 180 manat olan su mühərrikini oğurlamışdır. Bundan başqa, Şəxs 16.07.2021-ci il tarixdə X6 yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 18-də yerləşən binanın blokundan 60 manat dəyərində olan hidrafonlu su mühərrikini oğurlamışdır. Bundan başqa, Şəxs 14.07.2021-ci il tarixdə X2 yaşadığı Gəncə şəhəri, Məhrəsə Bağı, ev 94Q, mənzil 27-də yerləşən binanın zirzəmisindən quraşdırılmış 80 manat dəyərində hidrafonlu su mühərrikini oğurlamışdır. Bundan başqa, Şəxs 14.07.2021-ci il tarixdə X1 məxsus Gəncə şəhəri, Məhrəsə Bağı, ev 94Q, mənzil 3-də yerləşən binanın zirzəmisindən 80 manat dəyərində su mühərrikini oğurlamışdır. Bundan başqa Şəxs 08.07.2021-ci il tarixdə X9 məxsus ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindən ona məxsus 62 manat dəyərində hidrafonlu su mühərrikini oğurlamışdır. Budan başqa 08.07.2021-ci il tarixdə X4 məxsus ünvan 3 ünvanının dəhlizindən ona məxsus 70 manat dəyərində su motorunu oğurlamışdır. Bundan başqa Şəxs 09.07.2021 il tarixdə X13 yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilin zirzəmisindən 80 manat dəyərində hidrofonlu su mühərrikini oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o oğurladıqlarını satmışdır. Hazırda etmiş olduğu əməldən peşman olduğunu, heç bir yerdə işləmədiyini bildirərək, barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxslər X10 və X3 Elmir Elbəyin oğluna inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır, o qeyd edilən protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, ictimai işlər növündə inzibati tənbehin verilməsi inzibati xəta törədən şəxsin şəxsiyyətinə uyğun deyildir.Belə ki, əmək qabiliyyətli şəxs olaraq qazanc əldə etmək imkanına malik bir şəxsin başqasının mülkiyyətinə qəsd etməsi onun şəxsiyyətini mənfi cəciyyələndirən hallardan hesab edilməlidir. Bundan başqa da o zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ictimai işlər növündə tənbehin tətbiqi kifayət sayıla bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xəta törətmiş şəxsin gənc olmasını, əməlini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Şəxs 15 iyul 2021-ci ildə saat 21.00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 15 iyul 2021-ci il, saat 20:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-611/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-611/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver