Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-612/2021 19.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 18 iyul 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi, “Tantuni” dönərin yanında ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi, “Tantuni” dönərin yanında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İşin halları araşdırılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq inzibati tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi, “Tantuni” dönərin yanında səs-küy saldığı üçün polis əməkdaşları ona yaxınlaşmış, onu nizam-intizama dəvət etmişdir. Lakin o, əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Hazırda etmiş olduğu əməlindən peşmandır. Məhkəmədən ailə vəziyyətini, gənc olmasını, əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin Postpatrul xidməti taboru manqa komandiri X1 göstərmişdir ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi, “Tantuni” dönərin yanında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin Postpatrul xidməti taboru manqa komandiri X4 göstərmişdir ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi, “Tantuni” dönərin yanında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib edən şəxsin, şahidin izahatını dinləyərək, habelə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq, təhlükəsiz şəhər xidmətinin kameraları vasitəsilə əldə edilmiş video diskə baxış keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair protokol düzgün tərtib edilmişdir, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ictimai qaydanı pozaraq polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün 18.07.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 iyul 2021-ci il tarixdə saat 13:35-də inzibati qaydada tutulmuş, 19 iyul 2021-ci il tarixdə saat 12:27-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs yaşı, əməlini etiraf etməsi, səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş, şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinə uyğun olaraq Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs üzərində qəti olaraq 150 ( bir yüz əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-612/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-612/2021
19.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver