Məhkəmə qərarları › İş №3(044)-613/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-613/2021

19.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-613/2021 19.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami rayon Məhkəməsini hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər BPİ DYPŞ-nin polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 18.07.2021-ci il tarixdə, saat 12:45 radələrində idarə etdiyi “VAZ 21070” markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizliyi ifadə edən yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmaqla qərəzli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 18.07.2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti “Gəncə” otelin qarşısında işıqforun qırmızı işığında dayanmışdır. Avtomobili yaxşı idarə edə bilmədiyi üçün həkət etmək istəyən zaman avtomobilin arxa təkərləri yerin səthinə çoxsaylı izlər buraxmış və təkər səsləri eşidilmişdir. Bundan sonra o, maşını sürərək oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. O, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Möhtərəm cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda başlamış, 44 gün davam etmiş və müzəffər Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş Vətən müharibəsinin ilk günlərindən, daha dəqiq 27.09.2020-ci il tarixdən döyüşlərdə yaxından iştirak etmişdir. Məhkəmədən ailə vəziyyətini, gənc olmasını, əməlindən peşman olmasını ilk dəfə inzibati xəta törətməsini nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhəri BPİ-nin DYPŞ-nin inspektoru X2 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, sürücü Şəxs 18.07.2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “VAZ 21070” markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını Gəncə şəhəri, H.Əliyev prospekti “Gəncə” otelin qarşısında idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizliyi ifadə edən yol hərəkəti qaydasına yol vermiş və beləliklə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq inzibati tədbir görülməsini məhkəmədən xahiş edir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 iyul 2021-ci il tarixdə saat 13:40-da inzibati qaydada tutulmuş, 19 iyul 2021-ci il tarixdə saat 13:15-də azad edilmişdir. İşə əlavə olunmuş və əsli məhkəmə iclasında tədqiq edilmiş SX ******* saylı hərbi biletin surətindən görünür ki, Şəxs 27.09.2021-ci il tarixdən 10.11.2020-ci il tarixə kimi xüsusi döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib, təhlükəsiz şəhər xidmətinin kameraları vasitəsilə əldə edilmiş video diskə baxış keçirərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biri də inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun yaşını, ilk dəfə olaraq inzibati xəta törətməsini, xətanı törətməsini etiraf etməsini, əməlindən peşman olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətlədirir. İnzibati xəta törətmiş şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati cərimə seçilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinə uyğun olaraq Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar