Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-620/2021 24.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Gəncə” şadlıq sarayında inzibatçı vəzifəsində işləyən, Gəncə şəhəri, H.Əliyev prospekti 265-də qeydiyyatda olan, Gəncə şəhəri, Avtozavod qəsəbəsi təzə məhlələrdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair 24.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, inzibatçı vəzifəsində işlədiyi “Gəncə” şadlıq sarayında icazə.gov.az saytında “karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçmədən 23 iyul 2021-ci il tarixdə toy məclisi təşkil edərək Azərbaycan Respublikasının ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuş və həmin inzibati xəta hadisəsi ilə əlaqədar polis işçisi onu Polis İdarəsinə dəvət edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 izahat verərək göstərmişdir ki, 23 iyul 2021-ci il tarixdə “Gəncə” şadlıq sarayında reyd keçirilən zaman icazə.gov.az saytında “karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçirilmədən toy məclisi keçirildiyi aşkar edilmişdir. Həmin şadlıq sarayında inzibatçı vəzifəsində işləyən Şəxs polis idarəsinə dəvət edilsə də, Şəxs müxtəlif bəhanələrlə polis idarəsinə getməkdən yayınmış və bildirmişdir ki, əgər o, Polis İdarəsinə gedərsə, şadlıq sarayının işi dayanacaqdır. Polis əməkdaşları şadlıq sarayında aşkar edilmiş inzibati xəta hadisəi ilə əlaqədar onun Polis İdarəsinə gəlməli olduğunu bir daha təkidlə bildirərkən Şəxs yenə də öz hərəkətlərini davam etdirmişdir. Şəxs xeyli müddət israr etdikdən və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqdan sonra polis əməkdaşları ona bu cür hərəkətlərini davam etdirəcəyi təqdirdə onun məcburi şəkildə polis idarəsinə aparılmalı olduğunu bildirdikdən sonra Şəxs onlarla Polis İdarəsinə getmişdir. Bundan sonra işin halları araşdırılmış, Ceyhun Bayramov barəsində 24 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Ceyhun Bayramov barəsində müvafiq inzibati tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə özünü qismən təqsirli bildiyini, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə isə özünü təqsirli bilmədiyini göstərərək bildirmişdir ki, o, həqiqətən də 23 iyul 2021-ci il tarixdə “Gəncə” şadlıq sarayında icazə.gov.az saytında “karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçirilmədən toy məclisi keçirmişdir. Belə ki, icazə.gov.az saytında “karantin rejimi” ilə bağlı portaldan toy məclisinə ən azı beş 5 gün qalmış qeydiyyatdan keçilməlidir. 23 iyul 2021-ci il tarixdə “Gəncə” şadlıq sarayında təşkil edəcəyi toy məclisinə 5 gün qalmış qeyri iş günü olduğu üçün həmin saytan qeydiyyatdan keçmək mümkün olmamışdır. Buna baxmayaraq o, toy məclisini təşkil etmək məcburiyyətində qaldığı üçün 23 iyul 2021-ci ildə toy məclisi keçirilmiş, bu zaman polis əməkdaşları şənlik evinə daxil olaraq ona Azərbaycan Respublikasının ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozduğunu bildirərək, onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və Polis İdarəsinə getmişdir. Onun 2 azyaşlı uşağı vardır. Həmin uşaqlardan biri anasının, biri isə onun yanındadır. Məhkəmədən barəsində inzibati xəta iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 23 iyul 2021-ci il tarixdə “Gəncə” şadlıq sarayında reyd keçirilən zaman icazə.gov.az saytında “karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçirilmədən toy məclisi təşkil olunduğu aşkar edilmişdir. O və digər polis əməkdaşı araşdırma aparılması üçün həmin şadlıq sarayında inzibatçı vəzifəsində işləyən Şəxs polis idarəsinə dəvət etsələr də, Şəxs müxtəlif bəhanələrlə polis idarəsinə getməkdən yayınmış və bildirmişdir ki, əgər o, Polis İdarəsinə gedərsə, şadlıq sarayının işi dayanacaqdır. Onlar şadlıq sarayında aşkar edilmiş inzibati xəta hadisəsi ilə əlaqədar onun Polis İdarəsinə gəlməli olduğunu bir daha təkidlə bildirərkən Şəxs yenə də öz hərəkətlərini davam etdirmişdir. Şəxs xeyli müddət israr etdikdən və onların qanuni tələblərinə tabe olmadıqdan sonra ona bu cür hərəkətlərini davam etdirəcəyi təqdirdə onun məcburi şəkildə polis idarəsinə aparılmalı olduğunu bildirdikdə Şəxs onlarla Polis İdarəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin rəisi vəzifəsində işləyir. 23 iyul 2021-ci il tarixdə “Gəncə” şadlıq sarayında reyd keçirilən zaman icazə.gov.az saytında “karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçirilmədən toy məclisi təşkil olunduğu aşkar edilmişdir. O və digər polis əməkdaşı araşdırılma aparılması üçün həmin şadlıq sarayında inzibatçı vəzifəsində işləyən Şəxs polis idarəsinə dəvət etsələr də, Şəxs müxtəlif bəhanələrlə polis idarəsinə getməkdən yayınmış və bildirmişdir ki, əgər o, Polis İdarəsinə gedərsə, şadlıq sarayının işi dayanacaqdır. Onlar şadlıq sarayında aşkar edilmiş inzibati xəta hadisəsi ilə əlaqədar onun Polis İdarəsinə gəlməli olduğunu bir daha təkidlə bildirərkən Şəxs yenə də öz hərəkətlərini davam etdirmişdir. Şəxs xeyli müddət israr etdikdən və onların qanuni tələblərinə tabe olmadıqdan sonra ona bu cür hərəkətlərini davam etdirəcəyi təqdirdə məcburi şəkildə polis idarəsinə aparılmalı olduğunu bildirərkən Şəxs onlarla Polis İdarəsinə getmişdir. Onun tərəfindən Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün raport tərtib edilərək Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəisinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərmişdir ki, o, qeyri-rəsmi olaraq “Gəncə” şadlıq sarayında maliyyə işlərinə kömək edir. icazə.gov.az saytında “xüsusi karantin rejimi” ilə bağlı portaldan toy məclisinə ən azı beş 5 gün qalmış qeydiyyatdan keçilməlidir. 23 iyul 2021-ci il tarixdə “Gəncə” şadlıq sarayında təşkil olunacaq toy məclisinə 5 gün qalmış geyri iş günü olduğu üçün həmin saytan qeydiyyatdan keçmək mümkün olmamışdır. Buna baxmayaraq, 23 iyul 2021-ci ildə toy məclisi keçirilmişdir. Həmin gün Şəxs onunla əlaqə saxlayaraq təcili şadlıq sarayına gəlməsini bildirmişdir. O, şadlıq sarayına getmiş, bu zaman polis əməkdaşları şənlik evinə daxil olaraq Şəxs Azərbaycan Respublikasının ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğunu bildirərək, Şəxs polis idarəsinə dəvət etmişlər. Şəxs polis əməkdaşları ilə bir qədər danışdıqdan sonra polis idarəsinə getmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında iştirak edən şahidlərin izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs inzibatçı vəzifəsində işlədiyi “Gəncə” şadlıq sarayında icazə.gov.az saytında “xüsusi karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçmədən 23 iyul 2021-ci il tarixdə toy məclisi təşkil edərək Azərbaycan Respublikasının ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuş və həmin inzibati xəta hadisəsi ilə əlaqədar polis işçisi onu Polis İdarəsinə dəvət edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Şəxs izahatında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi ilə bağlı göstərdiklərini onun həmin maddə ilə inzibati məsuliyyətdən azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası (üsulu) kimi qiymətləndirir və onun özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə iclası zamanı araşdırılan təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, onun qeyd edilən inzibati xətaları törətməsi şahidlərin izahatları, həmçinin onun özünün Polis İdarəsində barəsində inzibati araşdırma başlanarkən verdiyi izahatı və məhkəmə iclasında qismən etirafedici izahatı ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, Şəxs məhkəmə iclasında iki azyaşlı uşaqlarından birinin onun yanında qalmasını bildirsə də, həmin uşağını təkbaşına böyütməsinə dair iş materiallarında hər hansı sübutlar müəyyən edilməmiş, həmçinin Şəxs tərəfindən bu cür sübutlar təqdim edilməmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsi Şəxs barəsində tətbiq edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İşə əlavə olunmuş 23 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu 23 iyul 2021-ci il tarixdə saat 20:04-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən saat 20:04-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-620/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-620/2021
24.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver