Məhkəmə qərarları › İş №3(044)-628/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-628/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-628/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Gəncə ŞBPİ-nin İTİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 26.04.2021-ci il tarixli “şübhəli şəxsin statusuna xitam verilməsi və cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Gəncə ŞBPİ-nin Cai-nin rəisi Vilayət Allahverdiyevin raportu əsasında Şəxs Gəncə şəhəri BPİ-nə gətirilmiş, şəxsi axtarış zamanı onun üzərindən ümumi çəkisi 3.46 qram marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxs əməlində CM-nin 234.1 və 234.2-ci maddələri cinayət işinin başlanması rədd edilmiş, əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan tədbir görülməsi üçün Gəncə şəhəri Nizami Rpi-nin İTB-ə gödərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X4 izahat verərək bildirmişdir ki, Şəxs üzərində narkotik vasitə gəzdirdiyi üçün onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, əməlindən peşmandır, əlilliyi ilə əlaqədar ağrıları olduğu üçün istifadə etmişdir. O, himayəsində azyaşlı uşaqlarının olmasını, İİİ qrup əlil olmasını nəzərə alıb onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 26.04.2021-ci il tarixdə qəbul edilmiş, lakin inzibati xəta haqqında protokol isə həmin qərarın qəbul edilməsindən 3 ay keçdikdən sonra 28.07.2021-ci il tarixdə tərtib olunmuş və həmin tarixdə baxılmlası üçün məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində 28.07.2021-ci il tarixli, MN ******* saylı inzibati protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə ApeLlyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar