Məhkəmə qərarları › İş №3(044)-629/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-629/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-629/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Kristal” şadlıq sarayında inzibatçı işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, ev 63-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB tərəfindən Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib edilmiş 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs 28 iyul 2021-ci il tarixdə Gəncə şəhəri “Kristal” şadlıq sarayında inzibatçı işləyən Şəxs müvafiq qaydada İcazə.gov.az saytında “xüsusi karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçməklə “Kristal” şadlıq sarayında 28.07.2021-ci il tarixdə keçirilən toy şənliyində “Covid19” virusuna qarşı (vaksin) peyvənd vurdurmayan bəzi şəxslərin iştirak etməsinə şadlıq sarayında inzibatçı işləyən Şəxs icazə verməsi və toy şənliyində xidmət edən şadlıq sarayının işçi heyətinin xüsusi karantin rejimi qaydasını pozması məlum olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, 28 iyul 2021-ci il tarixdə müvafiq qaydada İcazə.gov.az saytında “xüsusi karantin rejimi” ilə bağlı portaldan qeydiyyatdan keçməklə “Kristal” şadlıq sarayında 28.07.2021-ci il tarixdə keçirilən toy şənliyində “Covid19” virusuna qarşı (vaksin) peyvənd vurdurmayan bəzi şəxslərin iştirak icazə vermiş və toy şənliyində xidmət edən şadlıq sarayının işçi heyətinin xüsusi karantin rejimi qaydasını pozmuşdur. Bununla əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır, gələcəkdə inzibati xəta törətməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 bildirdi ki, 28 iyul 2021-ci il tarixdə Gəncə şəhəri “Kristal” şadlıq sarayında inzibatçı işləyən Şəxs karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 iyul 2021-ci il tarixdə “Kristal” şadlıq sarayında 28.07.2021-ci il tarixdə keçirilən toy şənliyində “Covid19” virusuna qarşı (vaksin) peyvənd vurdurmayan bəzi şəxslərin iştirak etməsinə şadlıq sarayında inzibatçı işləyən Şəxs icazə verməsi və toy şənliyində xidmət edən şadlıq sarayının işçi heyətinin xüsusi karantin rejimi qaydasını pozması olmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.[149] Beləliklə, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsində Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 iyul 2021-ci il tarixdə 20:22-də tutulmuşdur. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən, saat 20:22-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar