Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-632/2021 17.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə toplanılmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon məhkəməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 29 iyul 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoladan müəyyən olunur ki, Şəxs Məhdud Məsuliyyətili Cəmiyyəti 22710.50 ABŞ dolları məbləğində olan vəsaiti7/23/2019-cu il tarixdə xaricə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 22710.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta 7/23/2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 29 iyul 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, 22710,50 ABŞ dolları məbləğində vəsait köçürülsə də sifariş edilən əmlaklar ölkəyə idxal edilməmişdir. O Türkiyə Respublikası vətəndaşı tərəfindən aldadılmışdır. Bununla bağlı Türkiyə Respublikasında həmin şəxsə qarşı iddia da qaldırmışdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə, o cümlədən özünün qismən etiraf edici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxsnə həmin maddədə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 29 iyul 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 22710.50 ABŞ dolları məbləğində olan vəsaiti 7/23/2019-cu il tarixdə xaricə köçürmüş, ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 22710.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və bu əmələ görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 22710.50 ABŞ dolları məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 4542.1 ABŞ dolları məbləğində inzibati qaydada cərimə təbehi tətbiq edilsin.(qərarın icra olunduğu günə Azərbaycan manatına məzənnəsi üzrə hesablanmaqla) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-632/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-632/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver