Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-633/2020 24.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X12, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Musayeva (Məmmədova) Ruhiyyə Emaddinqızının və onun vəkili X15 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Goranboy rayonu, Faxralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “ünvan 1 ünvanında yaşayan Musayeva (Məmmədova) Ruhiyyə Emaddin qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(044)- 126/2018 saylı icra sənədinə əsasən, cavabdehlər X13 və X10 şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, 2-ci döngə, 9 saylı evdən çıxarılmaları və evin boşaldılaraq mülkiyyətçi X8 təhvil verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar X5ndan icra sənədinin icrası tələb edilsə də o, icra sənədinin icrasını təmin etməmişdir. Bununla da X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X18 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(044)-126/2018 saylı icra sənədinin icrası ona tapşırılmışdır. X3 tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. X5 icradan boyun qaçıraraq tələbi hazırki vaxtadək icra etməmiş, üzrsüz səbəbdən yayınmışdır. Borclu onun qanuni tələblərini yerinə yetirmir. Buna görə də X5 barəsində xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilənləri əsas gətirib X5nın inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X7, icra sənədinin borcluX13 tərəfindən icra edilməməsini qeyd edərək borclunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(044)-126/2018 tarixli icra sənədinə əsasən onun və X16 Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, 2-ci döngə, 9 saylı evdən çıxarılmaları və evin boşaldılaraq mülkiyyətçi X8 təhvil verilməsi qət edilmişdir. 2 oğlu ilə birlikdə yaşayır, çıxıb gedəsi yeri yoxdur. “Gəncə Mall”-da xadiməçi işləyir, 100 manat əmək haqqı alır, kirayədə yaşamağa imkanı yoxdur, 2021-ci ilin mart ayına qədər möhlət verilsə evdən çıxacaqdır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 vəkili X20, X13 barəsində məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın nümayəndəsinin, icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(044)-126/2018 saylı icra sənədinə əsasən cavabdehlər X13 və X10 şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, 2-ci döngə, 9 saylı evdən çıxarılmaları və evin boşaldılaraq mülkiyyətçi X8 təhvil verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan sənədlərdən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(044)-126/2018 saylı icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, bildiriş X11 təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə X9 Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. X9 məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 himayəsində azyaşlı uşağı olmasını nəzərə alıb məhkəmə hesab edir ki, X9 barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə X9 izahatında göstərdiyi icra hərəkətlərinə möhlət verilməsinə dair dəlilləri ilə bağlı onu qeyd edir ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsasəntərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Göründüyü kimi borclu tərəfindən icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Onun tərəfindən qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edilməməsi onun əməlində mövcud olmuş inzibati xəta tərkibini aradan qaldırmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-633/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-633/2020
24.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver