Məhkəmə qərarları › İş №3(044)-635/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-635/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-635/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, X1 Gəncə şəhər X11 İdarəsinin 29.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Gəncə şəhər X11 İdarəsinin 29.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş elektron qərardan DİNnin elektron portalından təsadüfən istifadə etdiyi vaxt ona məlum olmuşdur. Bu barədə nə sms nədə kağız daşıyıcı vasitəsi ilə ünvanına göndərilməmişdir. 28.04.2021-ci il tarixdə barəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə protokol tərtib olunmuşdur. Qeyd edilən protokol barədə ASAN pay elektron sisteminə baxarkən məlumatı olmuşdur. Təhlükəsizlik kəmərini bağlamadığına dair sübut edən təsdiqedici material, fotoşəkil, videogörüntü onun ünvanına göndərilməmişdir. Odur ki həmin qərarın ləğv edilməyini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq barəsində iş üzrə inzibati icraat aparılan şəxs və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Gəncə şəhər X11 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: -29.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 nəqliyyat vasitəsini istifadə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədən hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir; -28.04.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki şikayət təmin edilməli, Gəncə şəhər X11 İdarəsinin 29.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada tənbeh edilmişdir. X3 vəzifəli şəxsin qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol hərəkəti—xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. İXM-nin 124.cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iº üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xəta haqqında protokoldan həmin protokolun inzibati xəta hadisəsi törədən şəxsin iştirakı ilə və yaxud onun iştirakı olmadan tərtib edilməsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə izahat verilməsinin təklif edilməsi və yaxud onun izahat verməkdən imtina etməsi görünmür.Şikayət vermiş şəxs şikayətində istinad edilən dəlillər bilavasitə səlahiyyətli orqanının dəlilləri ilə araşdırılmalı olduğundan və həmin səlahiyyətli orqanının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən qeyd edilən dəlillərə hüquqi qiymətin verilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə kifayət qədər araşdırma aparılmamış, işin faktiki hallarına hüquqi qiymət verilmədən, sübutlara əsaslanmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. Odur ki, Gəncə şəhər X11 İdarəsinin 29.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 ,135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə şəhər X11 İdarəsinin 29.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və hazırkiiş üzrə qərar yenidən baxılmaq üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar