Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-638/2021 07.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Gəncə şəhəri MKTB-də fəhlə işləyən, subay, məhkum olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir ona görə ki, o ünvan 1 ünvanında yaşayan X3 qapısını sındıraraq onun yaşadığı evə daxil olaraq öldürməklə hədələmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs X5 protokolda göstərilənlərə uyğun izahat verərərək göstərdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o uşağı ilə görüşmək istəsə də həyat yoldaşı onu təhqir etmiş və uşağı göstərməmişdir. Bu səbəbdən də o, qapını sındıraraq icəri daxil olmuşdur. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 izahatında göstərdi ki, Samir evə narkotik vasitədən istifadə istifadə edərək gəlmişdir. Onların banklara borcları olduğuna görə qızı Aysel ona kağız üzərində boşanmaqlarını və dövlətdən pul almaqlarını təklif etmişdir. 28.07.2021-c il tarixdə saat 7 radələrində Samir evə gələrək Ayseldən evin açarlarını istəmiş Aysel ona evin açarlarını verməmişdir. Qızı həmin mənzilin Samirə aid olmadığını demişdir. Samir sonradan 50 manat dəyərindəki evimin qapısını sındıraraq evə girmiş və evdə yatmışlar. Sonra qızı 102 xidmətinə zəng etmişdir. 29.07.2021-ci il tarixdə saat 11 radələrində Ziqo restoranın qarşızında qızım ilə yolu süpürərkən Samir əlində bıçaq ilə onun yanına gələrək öldürməklə hədələmişdir. Demişdir ki qızımın ailəsini dağıdan odur . Samir qızı Ayseli uzaqdan çağırmışdır ki onu vursun ancaq qızı ora getməmiş, demişdir ki özün gəlsin sözünü desin. Samir qızının qolundan tutaraq demişdir ki evin açarını ona versin ancaq qızı ona ald evdə heç nəyin olmadığını bildirmişdir. Samir sonradan onu və qızını ölümlə hədələmiş,sonradan qızı Aysel 102 xidmətinə zəng edərək polis əməkdaşları çağırmışdır. Məhkəmədən Samir barədə həbslə bağlı inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 izahatında göstərdi ki, Şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Evləndikdən sonra Samir onu Sevinc qəsəbəsinə anası gilə aparmış və orada yaşamışlar. Sonradan Samirin bacısı Günay ilə aralarında mübahisə baş verdiyindən həmin evdən çıxmalı olmuş və A.Ziyadxanov küç. bina 4 m.49da yaşamağa başlamışlar. Sonradan onun anası həmin binanın 5-ci mərtəbəsində onlara ev almış və onlar ora köçmüşlər. Həmin evə köçdükdən sonra Samirlə daima aralarında mübahisələr olmuş, evə narkotik vasitədən istifadə edərək gəlirmiş. Banklara borcları olduğuna görə ona kağız üzərində boşanmağını və dövlətdən pul almaqlarını təklif etmiş. Samir onunla razılaşmış və onunla kağız üzərində boşanmışlar. 28.07.2021-ci il tarixdə saat 7 radələrində evə gələrək ondan evin açarlarını istəmiş, o isə Samirə evin açarlarını verməmişdir. Samirə həmin mənzilin ona aid olmadığını bildirmişdir. Samir sonradan 50 manat dəyərindəki evin qapısını sındıraraq evə girmiş və evdə yatmışdır. Sonra 102 xidmətinə zəng etmişdir. 29.07.2021-ci il tarixdə saat 11 radələrində Ziqo restoranın qarşısında yolu süpürərkən Samir əlində bıçaq ilə anasının yanına gələrək onu öldürməklə hədələmiş, demişdir ki, onların ailəsini dağıdan anası Xalidə səbəbkardır. Samir sonradan onu və anasını ölümlə hədələmişdir. Evə gələndə isə Samir onların qarşılarına çıxaraq evi yandıracağını demiş və aşağı mərtəbəyə düşərək anasının evinin qapısın sındırmağa başlamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs həbslə bağlı olmayan, cərimə növündə inzibati tənbehin verilməsinə dair dəlillərinə də hüquqi qiymət verərək onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 4cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası,ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhz bu baxımdan məhkəmə onu qeyd edir ki, həbslə bağlı olmayan inzibati tənbehin verilməsi ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə zidd olmaqla, həmin tənbehin qəbul edlməsi inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə də uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs daha ciddi xəta hesab edilən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinməklə ona həbslə bağlı tənbeh tətbiq edilməlidir. İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Dəymiş ziyan ödənilsə də məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Şəxsla barışmamışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli və həbsin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 06 avqust 2021-ci il, saat 19.45dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 510-cu maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 06 avqust 2021-ci il, saat 19.45-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-638/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-638/2021
07.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver