Məhkəmə qərarları › İş №3(044)-641/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-641/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-641/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Z.Məmmədov adına 1 saylı poliklinikasında tibb bacısı işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 4-də yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 25 may 2021-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhəri, Vaqif küçəsi, ev 7-ci dalanda X3 vuraraq ona xəsarət yetirmişdir. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 10 aprel 2020-ci il tarixdə MN № ******* inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2021-ci il tarixli 171-İ/21 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardan müəyyən olunur ki, Şəxs 20 may 2021-ci il tarixdə saat təxminən ünvan 3-də yaşayan X5 ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı Nuranə Məhərrəmovanı vuraraq ona sol bazu sol çiyin nahiyələrinin qançırlar kimi dərəcəsi təyin edilməyən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, onun barəsində Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə və Nizami RPİ-nə müraciət etmiş, X2 müraciəti ilə tanış olmuşdur. O, Nuranə Məhərrəmovanı təxminən 7-8 ildir ki, tanımış, aralarında dəfələrlə dava, dalaş olmuşdur. 20.05.2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin həyətində olan zaman Nuranənin onun yaşadığı evin həyətində olmasını görmüş və nə üçün gəlməsini soruşmüş, Nuranə ona kobud şəkildə “sən kimsən az” deyə cavab verərək, onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Nuranə ilə aralarında sözlə mübahisə olsa da o, Nuranəni vurmamışdır. Hazırda Nuranə ilə mübahisə etdiyinə görə əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4 inzibati xəta törətmiş Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, Nüşabə və Mədinə ilə aralarında onun yaşadığı evin darvazasının qarşısında Nüşabəni əri Kənan tərəfindən avtomobil saxlaması ilə bağlı 2020-ci ilin oktyabr ayından mübahisələri olmuşdur. 20.05.2021-ci il tarixdə Nüşabə və Mədinə ilə eyni həyətdə yaşayan qonşusunun evinə getmiş, qayıdan zaman Nüşabə və Mədinə onun üzərinə gələrək nalayiq söyüşlər ilə onu təhqir etmişlər, Nüşabə onun qolundan əli ilə vuraraq ona xəsarət yetirmiş, bu zaman yaşadığı evin yaxınlığında ticarət ilə məşğul olan Rufan adlı şəxs onu Nuşabənin əlindən almışdır. O, yaşadığı evə gələrək bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə və Nizami RPİ-nə müraciət etmişdir. Məhkəmədən onun barəsində həbslə bağlı inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X8 izahat verərək bildirdi ki, 20.05.2021-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X5 ilə Şəxs qızının aralarında yaranmış mübahisə zamanı onu vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN № ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar