Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-652/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi, baş əmək müfəttişi X8 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində baş mühasib vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, işlədiyi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı X13-tikinti və qəza xidməti şöbəsində texniki icraçı vəzifəsində işləyən X11 şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional ərazi şöbəsi onun barəsində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir. X18 xx.xx.2020-ci il tarixdə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olması barədə xəstəlik vərəqəsi təqdim etmiş, xəstəlik vərəqəsi qanuna uyğun olaraq hesablanmış və hesablaşma hesabına ödənilmişdir. Xəstəlik vərəqələrinin hesablanması üçün maddi məsul şəxs mühasib X6r. Həmin şəxs hal-hazırda hərbi xidmətə çağırılaraq hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, həqiqətən də X18 işdən çıxarkən ona düşən bütün ödənclər işdən çıxdığı gün ödənilməmişdir. Eyni zamanda qeyd edir ki, X18 işdən çıxarkən ona ödənməli olan haqlarının hesablanması ilə həmin gün mühasib X9 məşğul olsa da, idarədə ümumiyyətlə bütün işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasına və ödənilməsinə cavabdeh şəxs baş mühasib vəzifəsində işləməklə onun özüdür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı X13-tikinti və qəza xidməti şöbəsində texniki icraçı vəzifəsində işləyən X18 tərəfindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən əmək qabiliyyətinin olmaması vərəqəsinə görə əmək haqqının düzgün hesablanmaması və işdən çıxarkən son haqq-hesabının ödənilməməsi barədə şikayət ərizəsi daxil olmuşdur. X11 şikayətində göstərdiyi hallar araşdırılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq, X7 haqq-hesabı işçi işdən çıxan gün ödənilməmişdir. Ona görə də Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasına və ödənilməsinə cavabdeh şəxs olan baş mühasib vəzifəsində işləyən X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxxxxx 2020-ci il tarixdə onun barəsində 1000 manat miqdarında inzibati cərimə tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokol və qərar tam qanuni şəkildə qəbul edildiyindən X5 şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayəti, əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları ilə və işin digər materialları ilə müəyyən edilmişdir ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı X13-tikinti və qəza xidməti şöbəsində texniki icraçı vəzifəsində işləmiş X18 işdən çıxarkən ona ödənməli olan bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2020-ci il tarixli, 74 nömrəli əmrinin surətindən görünür ki, X18 ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hesabdan çıxarışdan görünür ki, X3 dəfə xx.xx.2020-ci il tarixdə ödəniş edilmişdir. Beləliklə də, göründüyü kimi, işçi xx.xx.2020-ci il tarixdə işdən çıxsa da ona ödəniş xx.xx.2020-ci il tarixdə edilmişdir, yəni işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmiş və bununla da işçinin əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bundan başqa, X5 şikayətində göstərdiyi xəstəlik vərəqələrinin hesablanması üçün maddi məsul şəxsin mühasib X4 olması ilə bağlı məhkəmə qeyd edir ki, X10 idarədə baş mühasib vəzifəsində işlədiyindən və bütün işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasına və ödənilməsinə görə cavabdeh şəxs olduğundan inzibati tənbeh vermə haqqında qərarın onun barəsində tərtib edilməsi qanuni və əsaslıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, məhkəmə toplanmış sübutlara və işin tədqiq olunmuş hallarına məcmu halında qiymət verərək hesab edir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X5 barəsində qəbul edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 133, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-652/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-652/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver