Məhkəmə qərarları › İş №3(044)-653/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-653/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-653/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 yolunun 46-cı km V Tağım Yol patrul xidməti inspektoru polis serjantı Elvin Məhərrəmzadə tərəfindən qəbul edilən İXP ******* saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 yolunun 46-cı km V Tağım Yol patrul xidməti inspektoru polis serjantı Elvin Məhərrəmzadənin xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə X3 yolunun 46-cı km-də ona məxsus BMW 528İ minik avtomobili ilə hərəkətdə olarkən saat 17:52-də Yol patrul xidmətinin əməkdaşı onu saxlamış və V Tağım Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən barəsində TP ******* saylı qərar qəbul edilmişdir. Qərarda onun İXMin 342.2.4-cü maddəsi ilə göstərilən tələblərin pozulması ilə bağlı törədilmiş inzibati xətaya görə məsuliyyət qeyd edilmişdir. O, qərarın tərtib edilməsinə etiraz etsədə, inspektor razılaşmamış və qərarın əsası kimi güya onun avtomobilinin qabaq yan şüşələrinin örtük (plyonka) vurulması ilə əsaslandırmışdır. O, həmin qərara etiraz etsədə, X3 yolunun 46-cı km V Tağım Yol patrul xidməti inspektoru polis serjantı Elvin Məhərrəmzadə heç bir qanuna istinad etmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X6” Azərbaycan Respublikası Qanununun 30-cü maddəsinin tələblərini pozmaqla 150 (yüz əlli) manat məbləğində cərimə cəzası edilməklə qərar qəbul etmişdir. Həmin vaxt hava çiskinli və günün qaranlıq vaxtı olmuşdur. Həmin səbəbdən də inspektor avtomobilin qabaq yan şüşələrinin örtüklü (plyonka) olması qənaətinə gəlmiş və qərar qəbul etmişdir. Qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrinin qara olmasını müəyyən etdikdən sonra, bunu təsdiqləmək üçün avtomobili saxlatdıra bilər. İnspektor saxlayır, saxlama səbəbini deyir, sənədləri tələb edir, taumetr adlanan cihazla isə cihazın istismar kitabçasına uyğun yoxlama aparır. Taumetr adlanan cihaz inspektorda və ya postda yoxdursa, şüşələrin qara və ya görməni məhdudlaşdıran örtüyün (plyonka) olması haqda inzibati tənbeh haqqında qərar qəbul etməsi əsassızdır. Qanunda bu cür göstəriş nəzərdə tutulmamışdır. Şüşələrin qara olması ilə bağlı cərimə yazarkən bu qayda pozunstunun sübut edilməsi ilə nəticələnməlidir. Yerində sübut isə, yoxlamadan mümkün deyil. Ölçmədən öncə sürücü bu cihazın uyğunluq sertifikatını və istismar kitabçasını (pasportunu) tələb edə bilər. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib. Qaranlıq havada, yağışda və soyuqda ölçməyə qadağa mövcud deyil. Bütün qadağalar cihazın kitabçasında qeyd edilir. Əgər belə qadağalar varsa, DYP inspektoru buna diqqət etməlidir. Onun etirazı çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, “X6” AR Qanununun 30-cu maddəsinə görə qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Ona məxsus avtomaşın vaxtı-vaxtında texniki baxışdan keçmiş və qabaq şüşələrdə örtük (plyonka) olması müəyyən edilməmişdir.Ona görə də məhkəmədən xx xxxxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqinda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə X3 yolunun 46-cı km V Tağım Yol patrul xidməti inspektoru polis serjantı Elvin Məhərrəmzadəyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X5 barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və eləcə də inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarıın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131-ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti təmin edilsin. X5 barəsində İXM-in 342.2.4-cü maddəsinə əsasən “inzibati tənbeh vermə haqqında” xx xxxxxxx 2020-ci il tarixli TP ******* saylı qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar