Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-656/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən daxil olmuş Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyətidən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 17.08.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs oğlu VAZ 2107 markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Əttarlar küçəsində 17.08.2021-ci il tarixdə aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş, tələb olunan sənədləri, Fərqlənmə nişanını X2 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclas zalında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs oğlu VAZ 2107 markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Əttarlar küçəsində 17.08.2021-ci il tarixdə X2 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı taksi fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanını təqdim etməmişdir. Buna görə də barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs oğlu məhkəmə iclasına gəməmiş, məhkəməyə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinin əməkdaşları X1 və X5 tərəfindən 17.08.2021-ci il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu 17 avqust 2021-ci il tarixdə saat 09:50 radələrində Gəncə şəhəri, Əttarlar küçəsi yolunda VAZ 2107 markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələbə əsasən Fərqlənmə nişanını təqdim etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-656/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-656/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver