Məhkəmə qərarları › İş №3(044)-658/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-658/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-658/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, X3 ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında X3 ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər İcra Hakimiyəti Başçısının Sosial İqtisadiyyat təhsil və proqram şöbəsinin istehsal və xidmət sahəsinin sektor müdüri X4 tərəfindən Şəxs barəsində İXMnin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 17.08.2021-ci il tarixli, MN ******* saylı inzibati protokoldan və sənədlərdən görünür ki, ** BF *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilin sürücüsü taksi kimi idarə etdiyi minik avtomobilində Gəncə şəhəri, Mehmandarov küçəsində aparılan yoxlama zamanı qanunvericilikdə nəzərdə tutulmuş tələb olunan sənədləri, “Fərqlənmə nişanı”nı təqdim etməmiş, nəticədə Şəxs İXM-nin 552ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən X3 ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında X3 ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, 17.08.2021-ci il tarixli, MN ******* saylı inzibati protokolda sürücünün adı səhv yazılmışdır. Belə ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi Şəxs göstərilmiş, lakin sonradan həmin şəxsin X2 olduğu müəyyən edilmişdir. Odur ki, protokoldakı səhvliyi düzətmək üçün protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədləri o cümlədən X3 ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında X3 ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X1 izahatını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyi üçün onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs deyil, X2 qeyd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş 17.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Gəncə Şəhər İcra Hakimiyyətinə geri qaytarılsın. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar