Məhkəmə qərarları › İş №3(044)-666/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-666/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-666/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X2, inzibati xəta haqqında qərardan şikayətçi X1 iştirakı ilə, X1 Samux rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 İXP ******* saylı protokol əsasında barəsində qəbul edilmiş TP ******* saylı 16.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında 50 manat cərimə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayəti onunla əsaslandırmışdır ki, o, etibarnamə ilə istifadə etdiyi VAZ 21043 markalı ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə inzibati xəta törətdiyini iddia edərək Samux rayon Yol Polisi əməkdaşı tərəfindən barəsində İXP ******* saylı protokol tərtib edilərək, Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsinə uyğun olaraq 50 manat həcmində cərimələnmişdir. O, protokolla razı olmadığı üçün dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng açaraq etirazını bildirmiş və paralel olaraq protokoldan şikayət etmək prossessual müddəti ötürmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə rəsmən müraciət edərək məsələnin araşdırılmasını və ona yazılmış cərimə qərarının ləğv edilməsini xahiş etmişdir. Ona məlumat verilmədən onun şikayəti Samux rayon Polis şöbəsinə göndərilmişdir. Belə ki, Samux rayon polis şöbəsindən onun ünvavına daxil olmuş məktub məzmun və məna baxımından heç bir dəyər daşımadan bilavasitə qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunaraq ünvanına göndərilmiş, bununla da onu bir vergi ödəyicisi kimi, polis idarəetməsindən narazı salmaqla, həmçinin mənəvi işgəncə yaşamağına səbəb olmuşdur. Həmçinin polis əməkdaşı tərəfindən avtomobildən çıxan qazın miqdarının ölçülməsi ilə bağlı təqdim edilmiş sənəd onun avtomobilinə aid deyildir. Çünki həmin göstəricinin vaxtı ilə inzibati protokolun tərtib edildiyi vaxtlar müxtəlifdir və həmin göstəricinin üzrəində onun avtomobilinə məxsus olması barədə heç nə qeyd edilməmişdir. Həmin göstəricidə qazın faizi 7.57% qeyd edilmi, lakin ona protokol yazılarkən qazın faizin 4.05% olduğunu bildirmişlər. Sonda o, qeyd olunanları nəzərə alib barəsində qəbul edilmiş TP ******* saylı 16.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında 50 manat cərimə qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş Samux rayonu Yol patrul xidməti inspektoru polis serjantı X6 izahat verərək bildirmişdir ki, cəmiyyətdə geniş yayılmış və vətandaşların narazılını doğuran hüquqpozmaların qarşısının alınması üzrə Samux rayon polis X8 Polisi bölməsinin keçirdiyi reyd zamanı vətəndaş X1 idarə etdiyi avtomobildən çıxan qazın faizi çox olduğu üçün, onun barəsində protokol tərtib olunub, protokola əsasən inizbati tənbeh qərarı çıxarılmışdır. X9 təqdim edilmiş, sonuncu imzalamışdır. Qazın miqdarını göstərən göstərici Elçin Vəliyevin idarə etdiyi avtomobillə bağlıdır, bu barədə üzərində qələmlə avtomobilin dövlət qeydiyyat nişanı qeyd edilmişdir. O, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan İXP ******* saylı 16.05.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X10VAZ 21043 minik markalı 20 ED379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan TP ******* saylı 16.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 barəsində 16.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin avtomobilinə aid olduğu iddia edilən, avtomobildən çıxan qazın göstəricisinin həqiqətən Elçin Vəliyevin avtomobilinə aid olduğu şübhə doğurur. Belə ki, həmin göstərici də, qazın miqdarı, vaxt, tarix və s. çap olunsa da, avtomobilin nömrəsi əl yazma ilə yazılmış, həmçinin inzibati xəta haqqında protokol 16.05.2021-ci il tarixdə, saat 10:18-də tərtib olmuş, lakin həmin göstərici 16.05.2021-ci il tarixdə, saat 11:45-də çap edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol və işin digər materialları qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, bu hal qərar qəbul edən vəzifəli şəxs tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından 16.05.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X3 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Samux rayonu Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş TP ******* saylı 16.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Samux rayon PŞ-nin X12 bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar