Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-679/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 02.09.2021-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 02.09.2021-ci il tarixdə, Şəxs saat 14:30 radələrində Əttarlar küçəsində özünə məxsus VAZ 2107 markalı 90UG061 dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətində hərəkət edərkən polis işçiləri tərəfindən saxlanılmış, avtomobilinin cərimələrə görə həbsi olduğunu və cərimə meydançasına getməli olduğunu YPX əməkdaşları bildirmiş, lakin Şəxs polisin qanuni tələblərinə tabe olmamış, avtomobili cərimə meydançasına salınmasına maneə olmuşdur. Bundan sonra polis əməkdaşları Şəxs Nizami RPİ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 02.09.2021-ci il tarixdə o,idarə etdiyi VAZ 2107 markalı 90-UG 061 dövlət qeydiyyat nişanlı avtomobillə Əttarlar küçəsində bilmədiyi üçün yolun əks istiqamətidə hərəkət edən zaman, YPXn əməkdaşları onu saxlamış, o, polis əməkdaşlarından onu niyə saxlaması barədə soruşduqda, sonuncular ona əks istiqamətdə gəldiyini və maşının həbsi olduğunu bildirmişlər. O, polis idarəsinin qarşısına gəlmiş, lakin avtomobili cərimə meydançasına salmamış və polis əməkdaşlarından protokol tərtib edilməsini tələb etmiş, həmin vaxt o, 102 polis xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları onu Nizami RPİ-yə gətirmişlər. Sonda o, əməlindən peşman olduğunu, gələcəkdə bir də belə xəta törətməyəcəyini bildirərək məhkəmədən ona yüngül inzabati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə DYPŞ-nin inspektoru polis nəfəri Şahid1 bildirdi ki, 02.09.2021-ci il tarixdə Əttarlar küçəsində xidmətdə olarkən VAZ 2107 ** UG *** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün onu saxlamış, özünü təqdim etmiş, əks istiqamətdə hərəkət etdiyini bildirib avtomobili bort komputerlə yoxlayan zaman cəriməsi və həbsi olduğunu, etibarnamənin vaxtı bitdiyini sürücüyə izah etmiş, avtomobilin duracağa getməli olduğunu xahiş etmişdir. Bu zaman həmin şəxs DYPŞ-nin həyətində özünü qeyri-səmimi apararaq polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, Şəxs polis idarəsinə dəvət etmiş, lakin sonuncu yenə də onun tələbinə tabe olmayaraq idarəyə getməkdən imtina etmişdir. O, Şəxs Nizami RPİ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin DYPŞ-nin polis nəfəri Şahid2 bildirdi ki, 02.09.2021-ci il tarixdə saat 14:30 radələrində Əttarlar küçəsində Şahid1lə birgə 99YP216 dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olan zaman Əttarlar küçəsində VAZ 2107 ** UG *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətində hərəkət etdiyini görüb, həmin avtomobili saxlamış, özünü təqdim etmiş, əks istiqamətdə hərəkət etdiyini bildirib avtomobili bort komputerlə yoxlayan zaman cəriməli və həpsi olduğunu və etibarnamənin vaxtı bitdiyini sürücüyə izah etmiş, avtomobilin duracağa getməli olduğunu xahiş etmişdir. Bu zaman həmin şəxs DYPŞ-nin həyətində özünü qeyrisəmimi apararaq polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, Şəxs polis idarəsinə dəvət etmiş, lakin sonuncu yenə də onun tələbinə tabe olmayaraq idarəyə getməkdən imtina etmişdir. O, Şəxs Nizami RPİ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, səhhətindəki vəziyyəti, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-679/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-679/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver