Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-68/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi X1, Barəsində İnzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokoldan müəyyən olunur ki, ** BD *** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobilin sürücüsü idarə etdiyi taksi minik avtomobilində Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsində saat 11:27-də aparılan yoxlama zamanı qanunvericikdə müəyyən olunmuş tələb olunan sənədləri -“Fərqlənmə nişanı” tələb edildikdə, sürücü tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi X2 izahat verərək Şəxs inzibati məsulliyətə cəlb olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 552-ci madədsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək mıəhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsinin və Şəxs izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs ** BD *** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobilin sürücüsü idarə etdiyi yük avtomobilində Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsində saat 11:27-də aparılan yoxlama zamanı qanunvericikdə müəyyən olunmuş tələb olunan sənədləri -“Fərqlənmə nişanı” tələb edildikdə, sürücü tərəfindən həmin sənədlər təqdim edilməmişdir. İş materiallarında olan fotoşəkildən də müəyyən edilir ki, həqiqətən də “Ford” markalı yük avtomobili onun sürücüsü tərəfindən fərqlənmə nişanı olmadan idarə edildiyindən, o bununla bağlı sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi haqqında Qaydaların 1-ci bəndinə görə bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3-cü bəndlərinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” avtonəqliyyat vasitəsinin qabaq şüşəsinin yuxarı sağ küncünə yapışdırılır. Mülkiyyətində və ya istifadəsində avtomobil nəqliyyatı vasitələri olan şəxslər digər şəxslərə sifarişlə sərnişin və yük daşıma xidmətlərini göstərdikdə, bu nəqliyyat vasitələri üçün növündən və fəaliyyətini həyata keçirdiyi ərazidən asılı olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.5- ci və 220.6-cı maddələrində nəzərdə tutulmuş qaydada vergi hesablanaraq ödənilir və “Fərqlənmə nişanı” alınır. Vergi ödəyicilərinin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergi növü üzrə vergitutma obyekti deyil. Bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır. Beləliklə məhkəmə araşdırılması zamanı ** BD *** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobilini Fərqlənmə nişanı olmadan idarə edilməsi və həmin sənədlərin təqdim edilməməsi öz təsdiqini tapmışdlr. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan balda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanskiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-68/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-68/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver