Məhkəmə qərarları › İş №3(044)-68/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-68/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-68/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X1 Gəncə şəhər DYPŞ-nin 25.12.2021-ci il tarixli, EQ ******* saylı X5 haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər DYPŞ-nin 25.12.2021-ci il tarixli, EQ ******* saylı X5 haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, DİN-nin BDYPİ-in X3 rəisi polis polkovnik leytenantı Elçin Xasıyevin 25.12.2021-ci il tarixli, EQ 8629573 nömrəli inzibati xəta haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 ( altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edirəm ki, Bakı DİN-nin BDYPİ-in X3 rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin 25.12.2021-ci il tarixli, EQ 8629573 nömrəli inzibati xəta haqqında qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır.Belə ki, 25.12.2021-ci il tarixdə Bakı-Qazax yolunun 380-ci kilometirində (Qazax istiqamətində) saat 14:56 (qərarın bəzi hissələrində isə saat 14:26 kimi göstərilmişdir) radələrində mənə məxsus “CHEVROLET CRUZE MİNİK” markalı 20EK-742 dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş "X5 Haqqında” 25.12.2021-ci il tarıxlı EQ 8629573 nömrəli qərar qəbul edilmişdir. O, bu qərarlarla razılaşmır. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş foto şəkillərdən göründüyü kimi, o, düz xəttin tələblərini pozmamış, belə ki, o, ötmə əməliyyatına başlayan zaman həmin yerdə (1.1 nişanlama xətti-bundan sonra 1.1) düz xətt yox idi, maneviri bitirən zaman düz xətt başlamış və o, ötmə əməliyyatını həyata keçirdikdən sonra dərhal öz hərəkət zolağına qayıtmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4 saylı əlavəsinə ( yol nişanları bölməsi) 1.1 nişanlama xəttinə yaxınlaşmanı bildirlməsi üçün həmin xəttə çatmamamış 1:6 -(əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir) yolnişanı çəkilməli idi, lakin həmin xətt ( 1.6) çəkilmədiyi üçün o, ötmə maneviriə başlayan zamanı qarşıda 1.1 nişanlama xəttinin olmasından xəbərim olmamışdır. İnzaibati xəta haqqında qərarada da qərəzəli olaraq yalnız onun tərəfindən ötmə maneviri bitiriən zaman çəkilmiş fotoşəkil əlavə olunmuş, lakin qərara həmin hadisənin video görüntüsü əlavə olunsa idi, açıq aşkar görünərdi ki, o, ötmə əməliyyatına başlayarkən həmin yerdə 1.1 inşalama xətti olmamışdır. Elektron qərarda inzibati xətanın xüsusi texniki vasitə ilə aşkarlandığı qeyd olunsa da həmin qərarda kameranın texniki göstəriciləri əks olunmamışdır. Odur ki, DİN-nin BDYPİ-in Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin 25.12.2021-ci il tarixli, EQ ******* nömrəli qərarı İXM-nin 53.0.1-ci bəndinə (inzibati xəta hadisəsi olmadıqda) və 53.0.2-ci bəndinə (inzibati xəta tərkibi olmadıqda)əsasən xitam verilməlidir. İş üzrə inzibati qərarı qəbul etmiş Gəncə şəhəri DYPŞ-yə və inizbati qərardan şikayət verənə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayarq onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesinə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Gəncə şəhəri DYPŞ-nin nümayəndəsinin inzibati qərardan şikayət verənin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 25.12.2021-ci il tarixli, EQ ******* nömrəli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X1 inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmənin sorğusuna əsasən inzibai xətanın baş verdiyini əks etdirən foto və video görüntülər, həmçinin sənədlər tələb edilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi İsmayıl Quliyevin inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X2 tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 25.12.2021-ci il tarixli, EQ ******* saylı X5 haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş 25.12.2021-ci il tarixli, EQ ******* saylı X5 haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar