Məhkəmə qərarları › İş №3(044)-682/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-682/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-682/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. Həmin materialda qeyd edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Şəxs barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edir ki, xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə uyğun olaraq zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı, onun yaşadığı yerin ünvanı göstərilməmiş və ümumiyyətlə zərərçəkmiş şəxs barəsində hər hansı məlumat öz əksini tapmamışdır. İş materiallarına Şəxs yol-nəqliyyat hadisəsi ilə əlaqədar alınmış izahatın surəti materiala əlavə edilsə də, həmin inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları öz əksini tapmamış və ya protokola inzibati xəta haqqında iş üzrə icraatı aparmış, yəni inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən alınmış izahat əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.9-cu maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş xəsarət barədə məhkəmə-tibb ekspertizasının rəyi iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surətinin verilməsi barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin protokolun tərtib edilməsinə əsasən olan, yəni Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və bundan sonra onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün materialın məhkəməyə göndərilməsi barədə səlahiyyətli şəxs tərəfindən qəbul edilmiş qərar iş materiallarında mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə, yuxarıda qeyd edilənləri inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını mümkün hesab etmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar