Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-685/2021 04.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTB-nin sahə rəisi, X5 tərəfindən tərtib edilmiş MN ******* saylı, 04.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTB-nin sahə rəisi, X5 protokolun məzmununa uyğun izahat verək, əlavə olaraq bildirmişdir ki, 04.09.2021-ci il tarixdə saat 13 radələrində Şəxs Gəncə şəhəri, Pərviz Səmədov küçəsində idarə etdiyi “Mitsubishi” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ötmə qaydalarını pozduğu üçün onu saxlayan DYPŞ əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 04.09.2021-ci il tarixdə Gəncə şəhəri Pərviz Səmədov küçəsində özünə məxsus idarə etdiyi Mitsubishi markalı ** RU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman işiqforun yaşıl işığında avtomobillərin yanı ilə ötərək hərəkətini davam etdirərkən, YPX əməkdaşı tərəfindən saxlanılıb 100 manat cərimə edildiyini bildirmişlər. Həmin polis əməkdaşlarına onu dəfələrlə haqsız saxladıqları barədə iradını bildirəndə onlar onun ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt o, “102 xidməti”nə zəng edib şikayət etmək istədikdə, polis əməkdaşları onun avtomobilini cərimə meydançasına aparacaqlarını bildirmiş, o, buna etiraz etdikdə polis əməkdaşı avtomobilin qarşısına keçərək guya elə səhnə yaratmışdır ki, o, polis əməkdaşının üzərinə avtomobil sürür. Lakin o, həmin YPX əməkdaşının yanından keçərək Gəncə şəhər Baş Polis İdarəsinin qarşısına gəlmiş, həmin vaxt polis əməkdaşları onu Nizami Rayon Polis İdarəsinə gətirmişlər. O, polis əməkdaşının hər hansı qanuni tələbinə tabesizlik göstərməmişdir. Sonda o, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin ƏYPXB-nın YPX-in inspektoru, polis baş serjantı X8 izahat verərək bildirmişdir ki, 04.09.2021-ci il tarixdə 6032 saylı patrul avtomobili ilə Gəncə şəhəri, P.Səmədov küçəsində xidmətdə olan zaman saat 13:20 radələrində Mitsubishi markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun yaşıl işığında bir neçə nəqliyyat vasitəsini ötərək qarşı hərəkət zolağına çıxaraq manevr qaydasını pozduğuna görə onun tərəfindən saxlanılmış və özünü sürücüyə təqdim edib, sürücüyə etdiyi qayda pozuntusunu izah etmişdir. Həmin avtomobilin sürücüsü onun ilə razılaşaraq qayda pozuntusunu etiraf etmiş və onun barəsində qanuna müvafiq qaydada tədbir görməməyi üçün ona pul təklif etmiş, o, pulu götürməkdən imtina edərək sonuncudan özünü təqdim etməsini bildirmiş və sənədlərini ondan tələb etmişdir. Bu zaman sürücü sənədləri ona təqdim etməkdən imtina etmişdir. O, sürücüdən sakitləşməsini tələb etmiş və həmin avtomobilin kimə məxsus olmasını öyrənmək məqsədi ilə avtomobilin qarşısına çıxıb nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanını komputer vasitəsilə vuran zaman həmin sürücü, adını sonradan bildiyi Şəxs avtomobili onun yanından sürüb hərəkətini davam etdirmiş, bu zaman o, patrul avtomobilinə əyləşərək hərəkətini davam etdirmiş və bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin NH-nə məlumat vermişdir. O, həmin şəxsi tanımır və ona qarşı nalayiq ifadələr işlətməmişdir. O, qayda pozuntusu törətdiyi üçün sürücünü saxlamış və qayda pozuntusunu özünə izah etmişdir. Daha sonra həmin avtomobilin sürücüsü Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında avtomobili saxlamış, bu zaman PPXT-nin əməkdaşları həmin avtomobilə yaxınlaşaraq sürücünü aidiyyatı üzrə Nizami rayon Polis İdarəsinə gətirib NH-yə təhvil verilmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından və Şəxs və X4 məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabesizlik halı baş verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün polisin qanuni tələblərinə tabe olmamaqkimi dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTB-nin sahə rəisi, X1 Seyidovun təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 04.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-685/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-685/2021
04.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver