Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-686/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib edən şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1988-ci ildə Ermənistan, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 229/207-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 06.09.2021-ci il tarixli, MN №1144639 saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, karantin rejimi qaydalarını pozaraq “Kral” çay evini saat 00:00-dan sonra işlətmişdir. Bununla da, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Gəncə şəhəri, B.Əliyev küçəsində yerləşən “Kral” çay evini təxminən 1 aya yaxındır ki, icarəyə götürmüşdür. 06.09.2021-ci il tarixdə təxminən saat 23:45 radələrində çay evini bağlamışdır. Lakin qonşuluqda yaşayan 4 nəfər şəxslə birlikdə obyektin içərisində pivə içən zaman polis əməkdaşları içəriyə daxil olaraq karantin rejimi qaydalarını pozduğunu bildirmişdir. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq olunub. Hazırda etmiş olduğu əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini qeyd edib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını nəzərə alaraq onun barəsində yüngün inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 izahat verərək bildirmişdir ki, Şəxs 06 sentyabr 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozaraq “Kral” çay evini saat 00:00-dan sonra işlətdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06.09.2021-ci il tarixli, MN №1144639 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə saat təxminən 00:25 radələrində Nizami Rayon Polis İdarəsinin inzibati ərazisində xidmətdə olarkən Şəxs xüsusi karantin rejimini pozaraq Gəncə şəhəri, B.Əliyev küçəsində yerləşən “Kral” çay evini h gecə saat 12-dən sonra işlətdiyini aşkar etmişdir. Daha sonra həmin obyekti işlədən Şəxs xüsusi karantin rejimi qaydalarını pozduğunu izah edərək Gəncə şəhər Nizami RPİ-yə dəvət etmişlər. Bundan sonra həmin şəxsin barəsində raport tərtib edərək Gəncə şəhər Nizami rayon Polis İdarəsinə təhvil vermişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun vəkilinin, şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxsin, şahidin izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 00:00-dan sonra Gəncə şəhəri, B.Əliyev küçəsində yerləşən “Kral” çay evini işlətməklə xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş 06.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 06.09.2021-ci il tarixdə saat 00:35-də inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu, yəni 06.09.2021-ci il tarixdən saat 00:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu, yəni 06 sentyabr 2021-ci il tarixdən saat 00:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-686/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-686/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver