Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-690/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Daşkəsən rayonu, Y.Daşkəsən qəsəbəsi, 8 mart 12-də qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 6-cı küçədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində olarkən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, ucadan səs-küy xırda xuliqanlıq hərəkəti etmiş, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis leytenenatı X2 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 06 sentyabr 2021-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində “VAZ 21011” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ** YP *** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin avtomobili çox aşağı surətlə hərəkət etdiyi üçün manevr etmiş, bundan sonra Yol Patrul Xidmətinin avtomobili onu saxlamışdır. Yol Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşıb ondan sənədləri təqdim etməsini istəmiş, o, polis əməkdaşlarına sənədləri təqdim etməmiş, polis əməkdaşlarına “nömrəni vur sistemə özü çıxacaq, maşın atamın adınadır” demişdi, mənim sürücülük vəsiqəm yoxdur, maşını aparın mən evə gedirəm demişdir”. Onu sərxoşluqdan keçirən zaman günorta pivə içdiyi üçün sərxoşluğu müəyyən olunmuşdur. Bundan sonra onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları onu xidməti avtomaşına əyləşdirərək Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparaq, növbətçi hissəyə təhvil vermişlər. Əməlindən peşman olmasını bildirərək, ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirimiş Gəncə şəhər Baş Polis İdarəsinin DYP-nin YPX inspektoru, polis baş serjantı X7 bildirdi ki, 06 sentyabr 2021-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində xidmətdə olarkən, bir nəfər şəxs yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozub patrul avtomaşınına qəza şəraiti yaratmışdır. Onlar həmin avtomobili saxlatmış və vətəndaşa yaxınlaşıb özünü təqdim edərək sürücüdən sənədləri istəmişlər. Bu zaman sürücü adı sonradan onlara məlum olan Şəxs “heç bir sənədim yoxdur, maşın atamındır, mən də sürürəm. Məni heç hara apara bilməzsiniz” demişdir. Sürücüdə sərxoşluq əlaməti hiss olunduğundan onlar sürücünü sərxoşluq müayinəsinə dəvət edən zaman o, özünü qeyri-səmimi apararaq onlara tabe olmamış və hərəkətlərini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlədib ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona sakitləşməsini bildirən zaman o buna məhəl qoymayaraq, hərəkətlərinə davam etmiş və polisin qanuni tələbinə tabe olmağa dəvət edən zaman sürücünün yanında əyləşən adı sonradan onlara məlum olan Abdullayev Tofiq də onların işlərinə müdaxilə edərək, maneçilik törətmiş və sürücünü heç hara aparmağa qoymayacağını bildirmişdir. Bundan sonra Şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə aparılaraq növbətçi hissəyə təhvil verilmiş, barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Gəncə şəhər Baş Polis İdarəsinin DYP-nin YPX inspektoru, polis baş serjantı X3, digər şahid X7 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Şəxs onun dostudur. 06 sentyabr 2021-ci il tarixdə Şəxs idarə etdiyi “VAZ 21011” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində hərəkətdə olarkən ** YP *** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin avtomobili çox aşağı surətlə hərəkət etdiyi üçün Şəxs manevr edən zaman polis avtomaşının sürücüsü avtomobili onların idarə etdiyi avtomobilin üstünə çəkmişdir. Bundan sonra Yol Patrul Xidmətinin avtomobili onları saxlamışdır. Polis əməkdaşı Şəxs sənədləri tələb edən zaman o, sənədləri təqdim etməmişdir. Bundan sonra polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və Şəxs polis əməkdaşları xidməti avtomaşına əyləşdirərək Gəncə şəhəri Nizami Rayon polis idarəsinə aparmışlar. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 07 sentyabr 2021-ci il tarixli MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 06 sentyabr 2021-ci il tarixdə xırda xuliqanlıq etmiş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri və həmçinin işdə olan digər sübutlarla sübuta yetirildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs səmimi peşmançılığı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İşə əlavə olunmuş 06 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən saat 23:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-690/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-690/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver