Məhkəmə qərarları › İş №3(044)-692/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-692/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-692/2020 18.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasınının vətəndaşı, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 4, ev 15-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(015)-191/2020 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında icra məmuru X5 bildirmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(015)-191/2020 saylı qətnaməsi ilə Şəxs xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Şəxs xx xxxxx 2015-ci il tarixdə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment ondan tutularaq X3 xeyrinə verilməsi qət edilmişdir. Lakin o, üzürlü səbəblərlə əlaqədar borcunu ödəyə bilməmişdir. Belə ki, onun maddi vəziyyəti ağır olduğundan, gözləri zəif olduğundan heç bir yerdə işləmədiyindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəyə bilməmişdir. Onun heç bir yerdən gəliri yoxdur, İİİ qrup əlil olduğundan 110 manat təqaüd alır. Aliment borcunun ödənilməsi onun əlilliyə görə aldığı həmin təqaüdün müəyyən hissəsinə yönəldilmişdir. Onun borcu ödəməməkdə heç bir məqsədi və qəsdi yoxdur. Hazırda gözlərinin zəifliyi ilə əlaqədar İİİ qrup əlil olduğundan ona qardaşı baxır və o, əlilliyi ilə bağlı aldığı təqaüd kartını tələbkara verməyə hazırdır ki, həmin məbləği bütövlükdə tələbkar götürsün. Qeyd etdiklərinin nəzərə alınmasını, tələbkara borcunu gec ödəməsinin səbəbini qeyd etdiyi üzürlü hallarla əlaqədar olduğunu bildirərək məhkəmədən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(015)-191/2020 saylı qətnaməsi ilə Şəxs xx xxxxx 2015-ci il tarixdə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “İcraata başlamaq haqqında” 03 iyun 2020-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(015)-191/2020 saylı icra vərəqəsi Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi tələb edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli “İnzibati məəsuliyyətə cəlb olunması haqqında” məktubdan görünür ki, Şəxs icra sənədində göstərilən tələbi ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2018-ci il tarixli, 01/02- 6304 saylı məktubundan görünür ki, Şəxs adına heç bir məlumat mövcud deyil. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “TuranBank” Gəncə filialının və Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının məktublarından görünür ki, Şəxs adına heç bir hesab mövcud deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs “şəxsi kartoçkası” məlumatlarından görünür ki, Şəxs adına heç bir əmlak, avtomobil yoxdur. O, İİİ qrup əlilliyə görə 110 manat təqaüd alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının izahatları və inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olunmuşdur ki, borclu Şəxs aliment borcunu ödəməməsi və məhkəmənin icra sənədini icra etməməsi üzrsüz səbəblərlə əlaqədar deyil. Şəxs gözlərinin zəif görməsi ilə əlaqədar İİİ qrup əlildir, o, 110 manat təqaüd alır və aliment borcu həmin təqaüd məbləğinin müəyyən hissəsinə yönəldilmişdir, eyni zamanda o, aldığı həmin təqaüd məbləğini bütövlükdə verməyə hazırdır, həmin təqaüddən başqa onun hər hansı gəliri yoxdur. Qeyd edilən hallar X6 izahatı ilə, inzibati xəta haqqında işin materialları ilə təsdiq olunur. Qeyd edilənlər X6 əməlində inzibati xəta tərkibi olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallar sırasında göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunverciliyinin qeyd edilən tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar