Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-693/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, X3 MMCnin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X3 MMC-nin barəsində 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində qeyd edilən səlahiyyətli orqana təqdim etməmişdir. Bununla da, X3 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsinin tələblərini pozduğundan onun barəsində 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X1rın mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğusunu 07 may 2021-ci il tarixdə X3 MMC-də əvvəllər mühafizəçi işləyən Mahir adlı şəxs əldə etmişdir. Həmin şəxs isə X3 MMC-nin 28 aprel 2021-ci il tarixli, 76/k saylı əmri ilə işdən azad edilmişdir. Yəni, Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsinin sorğusunu poçtalyon Mahir adlı şəxsə versə də, həmin şəxs həmin tarixdə X3 MMC-də işləmədiyindən sorğu MMC-yə çatdırılmamışdır. Poçtalyon həmin şəxslə qonşu olduğu üçün həmin sorğunu X3 MMC-yə təqdim etməsi üçün ona vermişdir. Mahir isə X3 MMC-ni bu barədə məlumatlandırmamışdır. Belə olan halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsinin sorğusuna cavab vermək mümkün olmamışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin X8 Web Portalından çıxarılmış sorğudan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsindən “X3 MMC-yə “HYUNDAİ SONATA” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində məsuliyyət nəzərdə tutulduğu, ona görə də inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X10 Şöbəsinin məktubunu 07.05.2021-ci il tarixdə Mahir (mühafizəçi) xəbərnaməyə imza edərək götürmüşdür. İş materiallarına əlavə edilmiş 28.04.2021-ci il tarixli, 76/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, X5 ilə 28.04.2021-ci il tarixindən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədə elan edilmiş və iş materiallarında olan 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, X3 MMC barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında işin materiallarından görünür ki, nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X11 Şöbəsinin sorğusunu X3 MMC-nin keçmiş mühafizəçisi olan X5 əldə etmişdir. Həmin şəxs isə X3 MMC-nin 28 aprel 2021-ci il tarixli, 76/k saylı əmri ilə işdən azad edilmişdir. Ona görə də qeyd edilən sorğuya cavab verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, inzibati xəta haqqında materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın sorğusu hüquqi şəxsə daxil olmamış, ona görə də X3 MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətlərinin olması sübut edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, X3 Məhdud Məsuliyyətli Cəmiyyəti barədə 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair 31 may 2021-ci il tarixli, AP №0147207 seriyalı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-693/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-693/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver