Məhkəmə qərarları › İş №3(044)-698/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-698/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-698/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Goranboy rayonunun, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 42, mənzil 42-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, MirCəlal Paşayev küçəsində olarkən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır, barəsində İXM-in 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X6, inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 08 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, MirCəlal Paşayev küçəsində yerləşən kafedə araq içmişdir. Kafenin arxasına keçən zaman kafenin sahibinin onun arxasınca danışdığını eşitmişdir. Bu səbəbdən o, kafenin sahibi ilə mübahisə etmişdir. Camaat gələrək onları aralamışlar. Camaatın arasında mülki geyimdə polis əməkdaşı da olmuşdur. Polis ona yaxınlaşaraq sakit olmasını tələb etdikdə, o yenə də öz hərəkətlərini davam edərək polisin qanuni tələbinə tebe olmamışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq sərxoşluq müayinəsindən keçmək üçün xidməti avtomaşına əyləşdirərək aparmışlar. Sərxoşluq müayinəsindən keçən zaman araq içdiyi üçün sərxoş olmağı müəyyən olunmuşdur. Bundan sonra onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları onu xidməti avtomaşına əyləşdirərək Gəncə şəhəri Nizami Rayon Polis Bölməsinə aparaq, növbətçi hissəyə təhvil vermişlər. Əməlindən peşman olmasını bildirərək, ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirimiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX xidməti taborunun polis nəfəri, polis serjantı X1 bildirdi ki, 08 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, MirCəlal Paşayev küçəsində karantin rejimi ilə bağlı mülki geyimdə reyd keçirən zaman iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini görmüş, onlara yaxınlaşaraq özünü təqdim etmişdir. Onlardan sakitləşmələrini tələb etsə də adı sonradan ona məlum olan Şəxs ona tabe olmamışdır. Bu səbəbdən də o, hadisə yerinə polis əməkdaşlarından ibarət qrup çağırmışdır. Şəxs sərxoşluq əlaməti hiss olunduğundan onlar sürücünü sərxoşluq müayinəsinə dəvət edən zaman o, özünü qeyri-səmimi apararaq onlara tabe olmamış və hərəkətlərini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlədib ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona sakitləşməsini bildirən zaman o buna məhəl qoymayaraq, hərəkətlərinə davam etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Sonra Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə aparılaraq növbətçi hissəyə təhvil verilmiş, barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX Taborunun polis nəfəri X3 bildirdi ki, 08 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 3-4-7 saylı marşrutda xidmət apararkən “Bizim çörəkçi” çörək bişirmə sexinin qarşısında 2 nəfər şəxsin dava-dalaş etdiyini görmüş, asayişin qorunması məqsədilə dalaşan şəxslərə yaxınlaşıb özlərini təqdim edərək tərəfləri nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq adı sonradan onlara məlum olan Başalıyev Fərid yaşar oğlu öz hərəkətlərini davam etdirərək qarşı tərəflə dava etməyə davam etmişdir. Dəfələrlə Şəxs intizama dəvət etsələr də polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai asayişi pozaraq polisə və vətəndaşlara açıqca hörmətsizilik nümayiş etdirmişdir. Şəxs sərxoş olmasını hiss etdiklərindən onu sərxoşluq müayinəsindən keçirmişlər. Müayinə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Daha sonra Şəxs Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Gəncə şəhər Baş Polis İdarəsinin PPX Taborunun Təlim və Tərbiyə üzrə baş inspektoru X4, digər şahid X3 ilə eyni məzmunda ifadə verdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 sentyabr 2021-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri və həmçinin işdə olan digər sübutlarla sübuta yetirildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs səmimi peşmançılığı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İşə əlavə olunmuş 08 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 sentyabr 2021-ci il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən saat 21:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim : Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar