Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-70/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X13 oğlunun, X1 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 165də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(044)- 672/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 65000 (altmış beş min) manat məbləğində pul vəsaitinin tutularaq, tələbkar X2 və Gəncə şəhəri 2 saylı Notariat Kontorunun 8İ-3521 nömrəli, 10.09.2019-cu il tarixli icra sənədinə əsasən 60020 (altmış min iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə cəmi borcundan 800 manat ödəniş etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X10 bildirdi ki, icra sənədləri 27.03.2019-cu il və 25.09.2019-cu il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs oğluna tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmiş, borclu axtarış vasitəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunun ödənilməsi tələb olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(044)-672/2019 saylı icra sənədi üzrə borclu icraat dövründə 800 manat ödəniş etmiş, Gəncə şəhəri 2 saylı Notariat Kontorunun 10 sentyabr 2019-cu il tarixli 8İ-3521 nömrəli icra sənədi üzrə heç bir ödəniş etməmiş və pulu olmadığını əsas gətirərək borcunu tam şəkildə ödəməkdən boyun qaçırır.Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X8 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(044)-672/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 65000 min manat pulun onun xeyrinə ödənilməsi qət edilsə də, Şəxs onu aldadır, 800 manat ödəniş etmiş, qalan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X9 bildirdi ki, Şəxs Gəncə şəhəri 2 saylı Notariat Kontorunun 8İ-3521 nömrəli, 10.09.2019-cu il tarixli icra sənədinə əsasən 60020 (altmış min iyirmi) manat məbləğində pulun onun xeyrinə ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli icra sənədinə əsasən X5 65000 (altmış beş min) manat və Gəncə şəhəri 2 saylı Notariat Kontorunun 10.09.2019-cu il tarixli icra sənədinə əsasən X6 60020 (altmış min iyirmi) manat məbləğində borcu vardır. O, cəmi borcundan 5000 manat və 800 manat ödəmiş, lakin 5000 manat pulu rəsmiləşdirməmişlər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, borclu Şəxs barəsində məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarları və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(044)-672/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 65000 (altmış beş min) manatın alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri 2 saylı Notariat Kontorunun 8İ-3521 nömrəli, 10.09.2019-cu il tarixli icra sənədinə əsasən 60000 (altmış min) manat və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkar X3 xeyrinə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 25 sentyabr 2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(044)-672/2019 saylı və Gəncə şəhəri 2 saylı Notariat Kontorunun 8İ-10.09.2019cu il tarixli 8İ-3521 nömrəli icra vərəqələri bir icraatda birləşdirilmiş, 25.09.2019-cu il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmiş, borclunun izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 03 fevral 2022-ci il saat 10:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 03 fevral 2022-ci il saat 10:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-70/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-70/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver