Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-703/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Samux rayonu Qədili kəndində qeydiyyatda olan Gəncə şəhəri, Nizami, küçəsi, 169da yaşayan olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Babək və Gülşən adlı uşaqların saxlanılması üçün hər ay hər uşaqa 90 manat olmaqla 180 manat, Samux rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra vərəqəsinə əsasən Şəxs Abdulla adlı uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra sənədləri üzrə Şəxs hal-hazırda yaranmış aliment borcu 13080 manat təşkil edir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Babək və Gülşən adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla 180 manat, Samux rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra vərəqəsinə əsasən Şəxs Abdulla adlı uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra sənədləri üzrə 13080 manat borcu yaranmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı icra vərəqəsinə əsasən ondan Babək və Gülşən adlı uşaqların saxlanılması üçün hər ay hər uşaqa 90 manat olmaqla 180 manat, Samux rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra vərəqəsinə əsasən ondan Abdulla adlı uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Yaranmış borcunu imkanı olmadığından ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Babək və Gülşən adlı uşaqların saxlanılması üçün hər ay hər uşaqa 90 manat olmaqla 180 manat, Samux rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra vərəqəsinə əsasən Şəxs Abdulla adlı uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Azər İbrahimovun xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(058)-750/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(058)-632/2017 saylı icra sənədləri bir icaatda birləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişlədən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, Şəxs borcunu ödəməmiş, icra icraatı zamanı verdiyi izahatında məhkəmə qətnaməsi olmasına baxmayaraq, borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmamasını göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları ilə Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığı və qərəzli olduğu təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs seçilməli və həbsin müddətinin əvvəli isə xx xxxxxx 2020ci il saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-703/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-703/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver