Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-707/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdə inzibati protokol tərtib edilmiş və həmin tarixdə məhkəməyə göndərilmişdir. Tərtib edilmiş 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(044)-5784/2017 saylı icra sənədinə əsasən cavabdehlər X5, X2 və Şəxs müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 65293.19 ABŞ dolları məbləğində kredit borcu, 17473.92 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 82867.11 ABŞ dolları, 06KK000001107 saylı kredit razılaşması üzrə 9642.60 ABŞ dolları məbləğində kredit borcu, 50.15 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9702.75 ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, M.A.Abbaszadə küçəsi, 39-39 A nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması və 006R********** saylı kredit razılaşması üzrə 65293.19 ABŞ dolları məbləğində kredit borcu, 17473.92 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ-dolları məbləğində cərimə borcu, cəmi 82867.11 ABŞ dolları, 06KK000001107 saylı kredit razılaşması üzrə 9642.60 ABŞ dolları məbləğində kredit borcu, 50.15 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9702.75 ABŞ dolları borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı həmin əmlakların satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, ipoteka predmefi X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, M.A.Abbaszadə küçəsi, 39-39 A nömrəli evin 2 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sohra X5, X2 və Şəxs həmin mənzildən çıxarılmaları və əmlakın boşaldılıb "xxxx" QSC-yə təhvil verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc möbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlər X5, X2 və Şəxs müştərək qaydada tutulması qət edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 gün müddətinə vaxt verilmişdir, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhəri üzrə icra İdarəsinin İcra məmuru X6 məhkəməyə ərizə göndərərək, Şəxs barəsində olan inzibati protokola əlavə sənədlərin əlavə edilməməsi səbəbindən geri qaytarımasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Gəncə şəhəri üzrə icra İdarəsinin İcra məmuru X3 ərizəsi nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş inzibati protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-707/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-707/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver