Məhkəmə qərarları › İş №3(044)-708/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-708/2021

11.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-708/2021 11.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə 11 avqust 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 03 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun yataqxanasında yaşayan X2 məxsus 350 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefonu Gəncə şəhəri, Nizami rayon ərazisində yerləşən Mərkəzi Univermağın qaşısında satmaq adı ilə alıb vədinə əməl etməmiş, bununla da dələduzluq yolu ilə özgəsinin 350 manat dəyərində əmlakını talamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 11 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. 03.09.2021-cu il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun yataqxanasında yaşayan X2 məxsus 350 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefonu Gəncə şəhəri, Nizami rayon ərazisində yerləşən Mərkəzi Univermağın qaşısında satmaq adı ilə alıb vədinə əməl etməmişdir. Həmin telefonu Mərkəzi Univermağın yanında tanımadığı bir şəxsə 360 manata satmış,pulu isə Novruza verməmişdir. Hal-hazırda zərərçəkmiş şəxs X2 zərəri tam ödəmiş, onunla barışmışdır. Törətdiyi əməlindən peşmandır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, 03.09.2021cu il tarixdə ona məxsus 350 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefonu Gəncə şəhəri, Nizami rayon ərazisində yerləşən Mərkəzi Univermağın qaşısında satmaq adı ilə alıb vədinə əməl etməmişdir. Həmin telefonu satmış,pulu isə ona verməmişdir. Şəxs tərəfindən ona dəymiş 350 manat dəyərində ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli, HK-1/1904 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X2 dəymiş zərər tam şəkildə ödənilmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 53, 105, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar