Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-709/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 03.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 03.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati tənbehə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verərək bildirdi ki, Gəncə şəhər X11 İdarəsi tərəfindən onun məlumatı olmadan 17.08.2021-ci il tarixli, TP ******* saylı qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı ona cərimə növündə inzibati tənbeh verilmişdir. Onun qeyd edilən qərar barədə heç bir məlumatı olmamış, həmin qərarın qəbul edilməsi ilə bağlı ona heç bir bildiriş göndərilməmişdir. 17.08.2021-ci il tarixli, TP ******* saylı qərarı əsassız və ədalətsiz hesab edir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Gəncə şəhər X11 Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Gəncə şəhər X11 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş 03.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 barəsində 03.08.2021-ci il tarixdə saat 16:48-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin polis mayoru, X2 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 50 ( əlli ) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəlləyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xəta haqqında işin hallarından göründüyü kimi, X5 tərəfindən törədilmiş inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olmadığına baxmayaraq, onun barəsində məlumatı olmadan və həmin protokol üzrə araşdırma aparılması barədə məlumat verilmədən 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4cü maddəsində müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın kağız daşıyıcıda surəti səlahiyyətli orqan tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmişdir. Nəticədə isə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqına protokolun yuxarı səlahiyyətli orqana göndərilərək araşdırılması ilə bağlı hüquqları pozulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin yol patrul xidməti inspektoru işin halları ilə əlaqədar yuxarıda qeyd edilən xüsusatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, həmçinin şikayətçi X1 barəsində protokolun araşdırılması üçün ona məlumat verilməsi, eyni zamanda qəbul edilmiş qərarın göndərilməsi barədə məktubun surətini məhkəmədə təqdim etsə də, həmin məktubun həqiqətən də Cavanşir Osmanova göndərildiyini təsdiq edən hər hansı poçt qəbzlərini və ya həmin məktubun göndərilməsini təsdiq edən hər hansı digər sübutlar təqdim edə bilməmişdir. Beləlikə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 03.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin qərarla bağlı gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilən Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 03.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə şəhər Baş Polis İdarəsi X4ytarılmalı, işə yenidən baxılarkən hazırki qərarda göstərilən tələblərə diqqət yetirilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatında göstərdiyi mübahisəli hallar araşdırıldıqdan sonra qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 17.08.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-709/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-709/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver