Məhkəmə qərarları › İş №3(044)-710/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-710/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-710/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Cəlal Salmanov bildirdi ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-1345/2018 saylı 08.01.2021-ci il tarixli icra vərəqəsinə əsasən X3 övladları X13 və X5 ilə hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək görüş (sərbəst ünsiyyətdə olması) verilməsi artırılmış, hər ayın dördüncü həftəsinin şənbə günü saat 11:00-dan 18:00-dək müəyyən edilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və İcra sənədinin icrasını təmin etmək tələb edilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməkdən qərəzli imtina etmişdir. 26.06.2021-ci il tarixdən bugünədək Şəxs uşaqları görüş üçün gətirməmiş, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla belə də borclu icra sənədinin icrasından boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, X11 uşaqlarla görüş zamanı qəsdən problemlər yaradır, uşağı aparıb gətirmir. Onun uşaqlarıyla öz qapısında görüşməsinə etiraz etmədiyini bildirmişdir. Uşaqları özü ilə aparmasına ona görə etiraz edir ki, uşaqların yanında nalayiq kəlmələr işlədir və həmin nalayiq sözləri onlara öyrədir. Uşaqlar onunla görüşən zaman psixoloji cəhətdən gərginləşirlər. Məhkəmə iclasında tələbkar X14 bildirmişdir ki, Şəxs dəfələrlə deyilməsinə baxmayaraq uşaqları görüş üçün gətirmir. İndi uşaqları verəcək gələn dəfə isə uşaqları görüşmək üçün verməyəcək. O, sonuncunun qapısına qədər gedib uşaqlarla görüşmək istəsə də, Şəxs uşaqları verməmişdir. O, uşaqları qəsdən göstərmir ki, uşaqlar ondan soyusunlar. İş materiallarına əlavə edilmiş: - 26.06.2021-ci il tarixli Telefonaqramdan görünür ki, Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(040)-1345/2018 saylı 08.01.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs məxsus (055) ***-**-** GSM cin mobil nömrəsi ilə əlaqə saxlanmış, icra sənədi üzrə borclu Şəxs Kəlbəcər rayon Məhkəməsinin 2(040)-1345/2018 saylı 08.01.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün X6 və X4 Gəncə şəhəri üzrə İcra idarəsinə dəvət edilmiş, ancaq o, gəlməyəcəyini bildirmişdir. - 26.06.2021-ci il tarixli, aktın surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun uşaqları Gəncə şəhəri üzrə İcra idarəsinə gətirməsi üçün rəsmi qaydada məlumat verilsə də, borclu uşaqları icra idarəsinə gətirməmişdir.Aktın doruluğunu öz imzaları ilə S.C.Bilal oğlu, İ.T.Tahir oğlu, M.V.Emin oğlu, A.H.Rövşən oğlu və Ş.F.İlqar oğlu təsdiq etmişlər. - 03.07.2021-ci il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun uşaqları Gəncə şəhəri üzrə İcra idarəsinə gətirməsi üçün rəsmi qaydada məlumat verilsə də, borclu uşaqları icra idarəsinə gətirməmişdir.Aktın doruluğunu öz imzaları ilə S.C.Bilal oğlu, İ.T.Tahir oğlu, M.V.Emin oğlu, A.H.Rövşən oğlu təsdiq etmişlər. - 10.07.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun uşaqları Gəncə şəhəri üzrə İcra idarəsinə gətirməsi üçün rəsmi qaydada məlumat verilsə də, borclu uşaqları icra idarəsinə gətirməmişdir.Aktın doruluğunu öz imzaları ilə S.C.Bilal oğlu, İ.T.Tahir oğlu, M.V.Emin oğlu, A.H.Rövşən oğlu və Ş.F.İlqar oğlu təsdiq etmişlər. - 24.07.2021-ci il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə uşaqlarla ünsiyyətin borclu şəxsin yaşayış ünvanında keçirilməsi barədə tələbkara əvvəlcədən məlumat verilməsinə baxmayaraq, tələbkar X11 mobil telefonla onlara bildirmişdir ki, borclunun yaşadığı ünvana getmir. Aktın doruluğnu öz imzaları ilə X10, X12, X15 və X7 təsdiq etmişlər. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli 8(044)-408/2021 saylı qərardadından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1345/2018 saylı, 08.01.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Gəncə şəhəri, Dəmiryolu vağzalı, NQÇ-nin yataqxanasında məskunlaşan Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs müxtəlif bəhanələr gətirərək üzrsüz səbəbdən qətnamənin icrasından yayınmağa çalışır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağı olmasını onun məsuliyyətini yüngəlləşdirən hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar