Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-715/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Ramil Firuddin oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 sentyabr 2021-ci il tarixli, MN №1054584 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(104)-2924/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 5500 (beş min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutuluraq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, o, borcundan heç bir ödəniş etməmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(104)-2924/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 5500 (beş min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutuluraq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə olan 5500 (beş min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumunu ödəməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(104)- 2924/2019 saylı icra vərəqəsinə əsasən ondan 5500 (beş min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutuluraq tələbkar X3 ödənilməsi qət edilmişdir. Ona tələbin könüllü icra edilməsi üçün bildiriş təqdim edilməsinə və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Hal-hazırda həmin borcu ödəməyə maddi imkanı yoxdur. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(104)-2924/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 5500 (beş min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutuluraq ona ödənilməsi qət edilmişdir. Şəxs həmin borcu ödəməmiş və hal-hazırda da ödəməkdən imtina edir. Ona görə də borcunu ödəməyəcəyi təqdirdə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(104)-2924/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 5500 (beş min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutuluraq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 18.02.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.02.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin 06.04.2020-ci il tarixli, 18.06.2020-ci il tarixli məktublarından görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin 01.07.2020-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarının surətindən görünür ki, həmin tarixdə Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəxs əmlak vəziyyətinə dair sistemdən çıxarışın surətindən görünür ki, Şəxs adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlak, hər hansı bank hesabı aşkar edilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, Şəxs borcunu ödəməmiş, borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmadığını göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları onun məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun inzibati cərimə növündə tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-715/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-715/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver