Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-720/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Prokurorluğunun 17 sentyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış material əsasında müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən orada göstərilən maddələrdə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində müəyyən edilmiş və iş üzrə əhəmiyyət kəsb edən bir sıra məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin: 102.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1-ci maddəsinə əsasən qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2-ci maddəsinə əsasən qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 102.4-cü maddəsinə əsasən inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati xəta haqqında material nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, həmçinin şahidlərin izahatları alınmamış və yaxud həmin şəxslərin izahatları iş materiallarına əlavə edilməmişdir (iş materiallarına əlavə edilmiş izahatlar inzibati araşdırma zamanı alınmış izahatlar yox, təhqiqatçı tərəfindən 125-İ/21 saylı material araşdırılarkən məhz təhqiqatçı tərəfindən alınmış izahatlardır). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməli olduğu qeyd edilsə də, hazırki materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 mart 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında prokurorun qərarına inzibati xəta haqqında protokola qoyulan tələblər və həmin protokolun tərtib edilməsi müddətləri şamil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda göstərilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan Gəncə şəhər Prokurorluğunun Şəxs barəsində 17 sentyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhər Prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 sentyabr 2021-ci il tarixli qərarı geri qaytarılsın. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-720/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-720/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver